Azərbaycanlı iş adamı Orxan Camalın oğlunu himayəsinə götürdü — FOTOLAR
Dünya Azərbaycanlıları Mədəniyyət Fondu 2018-ci ildə Mərkəzi Afrika Respublikasında qətlə yetirilən ünlü araşdırmaçı, rejissor Orxan Camalın oğlu 14 yaşlı Mansur Camalı himayəyə götürüb.
Mansur 25 yaşına çatana qədər onun təhsil də daxil bütün xərclərini Dünya Azərbaycanlıları Mədəniyyət Fondu ödəyəcək.
Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun prezidenti, “İnter-Sever” Şirkətlər Qrupunun prezidenti Fizuli Məmmədov Moskvada Mansur Camal və anası İrina Qordiyenkonu qəbul edib. Fizuli Məmmədov Camal ailəsinin Azərbaycanın və Rusiyanın ictimai-siyasi həyatındakı rolunu vurğulayaraq rəhbərlik etdiyi Fondun dəyərli bir irsin varisi kimi Mansura hər zaman dəstək olacağını bildirib.
Fizuli Məmmədov görkəmli filosof, ictimai xadim Heydər Camalın və Rusiya media məkanının ünlü isimlərindən olan araşdırmaçı-yazar, rejissor Orxan Camalın yüksək vətənpərvərlik hisslərinin təkcə Azərbaycanda deyil, Azərbaycandan kənarda yaşayan həmvətənlərimiz üçün böyük örnək olduğunu deyib, xüsusən Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranan Qarabağ problemi ilə bağlı Rusiya ictimai fikrindəki yanlış düşüncəni dağıtmaq və gerçəkləri geniş ictimaiyyətə çatdırmaq üçün əhatəli fəaliyyət göstərmələrini Vətən qarşısında böyük xidmət saydığını söyləyib.
İrina Qordienko Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun prezidenti Fizuli Məmmədova xoş niyyəti və təşəvvüsü üçün təşəkkürlərini çatdırıb. O, Orxan Camalın Rusiyada doğulmasına və fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycanı əsl vətəni saydığını bildirib. Qordienko deyib ki, Azərbaycan da hər zaman Camal ailəsinə xüsusi diqqətlə yanaşıb. O, Orxan Camalın qətlindən sonra prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın ailəyə başsağlığı diləklərini çatdırdığını da dilə gətirib.
Görüşdə Orxan Camalın yaxın dostu, jurnalist Maksim Şevçenko da iştirak edib. Qeyd edək ki, Maksim Şevçenko bu gün Rusiyanın etnik və dini siyasət üzrə ən tanınan ekspertlərindən biridir. Uzun illər Heydər Camal və Orxan Camalla dostluq edən Şevçenko Rusiyanın etnik və dini siyasəti ilə bağlı bir neçə kitabın müəllifidir.
Dünya Azərbaycanlıları Mədəniyyəti Fondunun prezidenti Fizuli Məmmədov insan kapitalının hər bir millətin gələcəyinə ən böyük yatırım olduğunu deyib və bildirib ki, Mansurun çağdaş dünyanın tələblərinə uyğun yüksək ixtisaslı kadr kimi yetişməsi üçün dünya səviyyəli universitetlərdən birində təhsili üçün hər cür imkan yaradılacaq.
Orxan Camal 2018-ci il iyulun 31-də Mərkəzi Afrika Respublikasında "Vaqner" silahlı qruplaşmasının fəaliyyəti haqqında film çəkərkən daha 2 həmkarı operator Kirill Radçenko və rejissor Aleksandr Ratorquyevlə birlikdə qətlə yetirilib. Qətlə yetirilənlərin nəşi bir neçə gün sonra diplomatik danışıqlar nəticəsində Rusiyaya gətirilərək dəfn edilib.
Orxan Camalın atası Heydər Camal isə Rusiyanın ən tanınan filosof və şərqşünaslarından biri idi. İslam dünyasının liderləri ilə şəxsi münasibətləri, həm Rusiyanın, həm də müsəlman ölkələsinin siyasi liderləri ilə geniş əlaqələri ona ictimaiyyət arasında böyük nüfuz qazandırmışdı. O, 2016-cı ildə Almatıda vəfat edib və vəsiyyəti üzrə Tanrı dağlarının ətəyində dəfn olunub.
Paylaş:
Müəllif : Redaktor
Tarix:12-04-2019, 14:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:12-04-2019, 14:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09