“Mətbuat işçilərinə də birdəfəlik yardım edilsin!” - Deputatlardan TƏKLİF
Hazırda dünyada olduğu kimi, ölkəmizdə də əsas müzakirə mövzusu COVİD-19 pandemiyasıdır. Koronavirus pandemiyası bir çox sahələrə mənfi təsirini göstərməkdədir.
Belə olan halda, medianın da üzləşdiyi problemlər mütləq mövcuddur. Çünki hazırkı media özəl sferada fəaliyyət göstərir.
Ölkəmizdə reklam sahəsi güclü olmasa da, təsirsiz də deyil.
Reklam bazarının durğunluq yaşadığını nəzərə alsaq, real mənzərə hər kəsə bəllidir. Qonşu Türkiyədə media sahəsində çalışanların aylıq əmək haqqının 80%-ni dövlət qarşılayacaq. İngiltərədə də media işçiləri üçün güzəştlər ediləcək.
Belə olan halda, ölkəmizdə çap və onlayn medianın durumu necə olacaq?
Yaranan çətinlik necə aradan qaldırılmalıdır?
Modern.az mövzuya münasibət öyrənməyə çalışıb.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli bildirib ki, media sahəsinə yardım göstərilməlidir:
“Kapitalizm dövründə medianın əsas gəlir mənbəyi reklam sahəsi olmalıdır. Ancaq ölkəmizdə reklam sahəsi çox zəifdir. Zaman-zaman dövlət media orqanlarına yardımlar edib. Çalışmalıyıq ki, ilk növbədə medianın reklama əlçatanlığı, sərbəst bazar münasibətləri tənzimlənsin. Kimsə çəkinmədən məhsullarını mediada reklam etməlidir. Bu ümumi dərddir.
Hazırda isə koronavirus pandemiyası səbəbindən bir çox problemlər üzə çıxıb. Reklam bazarı da işləmir. Bəziləri elə düşünür ki, media işçiləri bütün günü işləyirlər, əmək haqqı alırlar və sairə. Məsələnin başqa tərəfini də düşünmək lazımdır.
Hazırda çap mediası sıradan çıxmaq üzrədir. Kim gedib qəzet, yaxud da jurnal alacaq?! Evdən çölə çıxan da yoxdur. Bu da mediada çalışanların ümumi vəziyyətinə təsir göstərməyə bilməz.
Düşünürəm ki, bu sahəni də unutmaq olmaz. Çünki karantin rejimindəyik. Bu karantin rejimində media fəaliyyətini dayandırsa, aləm dəyər bir-birinə. Doğru və düzgün media orqanı zəifləyərsə, onun yerini sarı mətbuat tutacaq. Cəmiyyətdə yalan informasiyalar çoxalacaq. Hesab edirəm ki, buna yol vermək olmaz. Medianı ayaqda saxlamaq lazımdır. Eyni zamanda, məlumat qıtlığı olmamalıdır.
Ona görə də bu sahəyə yardım lazımdır. Hesab edirəm ki, mətbuat işçilərinə də birdəfəlik yardım edilə bilər. Komitə iclaslarında da bu məsələni qaldırmağı düşünürəm. Ən azından mediaya dəstək lazımdır. Demokratik dövlətlərdə digər strukturlarla yanaşı, media da önəmli rol oynayır. Mediasız demokratiya ola bilməz. Demokratiya insanların tələbatıdır. Bunu insanlara vermək lazımdır. Hesab edirəm ki, digər sahələrə göstərilən diqqət mətbuat üçün də keçərli olmalıdır”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu da mediaya güzəştlərin olmasının vacibliyini bildirib:
“Koronavirus pademiyası ictimai, siyasi, sosial, mənəvi həyatımızın bütün sferalarına nüfuz edir. İqtisadi və sosial sahələrə isə mənfi təsir göstərir. Əksər sosial siyasi institutlar öz fəaliyyətlərini məhdudlaşdırırlar. Bu da maliyyə məsələlərində problemlərə gətirib çıxara bilir. Hazırkı mərhələdə bu problemi həll etməyin optimal və effektiv yolu yoxdur. Obyektiv reallıq bundan ibarətdir ki, bu mümkün də deyil. Bu prosesdə ayrıca sahə var ki, xüsusi qiymətləndirilməlidir. Bu da qlobal media institutlarının davranışları ilə bağlıdır. Koronavirus pandemiyası dövründə medianın davranması çox önəmlidir. Çoxsaylı sosial, iqtisadi, mədəni institutlar öz fəaliyyətlərini məhdudlaşdırsalar da, media institutu öz fəaliyyətini məhdudlaşdırmadı. Əksinə, ictimai maraqlara xidmət edən sahəyə çevrildi. Hər kəs informasiyaları mediadan tələb etməyə başlayıb. Mətbuat da da dolğun informasiyalarla cəmiyyətin tələbatını ödəməyə çalışır. Təbii ki, burada jurnalistlərin əməyi dayanır. Düşünürəm ki, burada əmək sərf olunursa, bir şəkildə qarşılığı olmalıdır. Ona görə də mediamızın ayaqda qalması və cəmiyyəti informasiya ilə təmin etməsi üçün müvafiq qurumlar media qarşısında öhdəliyini yerinə yetirməlidir. Çap və elektron media heç bir halda məhdudlaşdırılmamalıdır. Əksinə, daha da yaxşı şərait yaradılmalıdır. Sosial güzəştlərə gəldikdə isə, Azərbaycan hökuməti tərəfindən medianın vergi yükünün azaldılması ilə bağlı çap materiallarının ölkəyə gətirilməsi üçün çoxsaylı tədbirlər həyata keçirilib. Medianın fəliyyətinin daha da yaxşılaşdırılması üçün müxtəlif güzəştlər etmək olar. Təəssüf ki, sosial medada indiki mürəkkəb məqamda bəzi məlumatlar yanlış çatdırılır, yaxud da, təhrif edilir. Düşünürəm ki, bu da etiraf edilməlidir. Media həm də bu cür addım atan vətəndaş mediası nümayəndələrinin və digər sosial şəbəkə istifadəçilərinin bu cür mövqeyini qınamalı, təkrarlanmamasına çalışmalıdırlar”.
Paylaş:
Müəllif : Fuad
Tarix:8-04-2020, 16:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:8-04-2020, 16:27
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
27-12-2024, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
27-12-2024, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01