“AzerGold” qızıl və gümüş ixracını dayandırır? - AÇIQLAMA
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, karantin rejimində bəzi dövlət əhəmiyyətli və həyat təminatı obyektləri, habelə bəzi xüsusi müəssisələr fəaliyyətini fasiləsiz rejimdə davam etdirir.
Bunu “AzerGold” QSC-nin mətbuat katibi Ariz Tarverdiyev deyib.
Onun sözlərinə görə, QSC-də bu siyahıda yer alır və hasilat işlərini Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun qaydada aparır.
“Hasilata başladığı ildən mənfəətlə çalışan cəmiyyətimiz fəaliyyətini cari ildə də uğurla davam etdirir. İstər hasilat, istərsə də satış əməliyyatları ötən aylarda plandan daha artıq həyata keçirilib. Bunun nəticəsidir ki, koronavirus pandemiyası ilə əlaqədar ölkələrarası müntəzəm uçuşlara məhdudiyyətlərin qoyulduğu, ixracın həyata keçirilmədiyi dövrdə də hasilatın və digər fəaliyyətlərin tam gücü ilə bir müddət davam etdirilməsi üçün maddi resurslar mövcuddur”, – deyə A. Tarverdiyev qeyd edib.
O həmçinin əlavə edib ki, hazırda “AzerGold” tərəfindən ixrac əməliyyatları həyata keçirilmir:
“Belə ki, Cəmiyyətin hasil etdiyi metalların daşınması xidmətini həyata keçirən ixtisaslaşmış beynəlxalq logistika şirkəti pandemiya səbəbindən müntəzəm uçuşlar dayandırıldığı üçün xidmət göstərə bilmir. Ümid edirik ki, sözügedən şirkət qısa zaman kəsiyində xidmətə başlayacaqdır. Əks halda, Cəmiyyət alternativ yolla daşınma üçün müraciət edəcək. Bu isə müvafiq çarter reyslərinin təşkil edilməsi deməkdir. Çarter təyyarə reyslərinin təşkil edilməsi indiki halda kifayət qədər böyük vəsait tələb edir və 5-6 dəfə daha artıq izafi xərclər deməkdir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:8-04-2020, 20:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, karantin rejimində bəzi dövlət əhəmiyyətli və həyat təminatı obyektləri, habelə bəzi xüsusi müəssisələr fəaliyyətini fasiləsiz rejimdə davam etdirir.
Bunu “AzerGold” QSC-nin mətbuat katibi Ariz Tarverdiyev deyib.
Onun sözlərinə görə, QSC-də bu siyahıda yer alır və hasilat işlərini Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun qaydada aparır.
“Hasilata başladığı ildən mənfəətlə çalışan cəmiyyətimiz fəaliyyətini cari ildə də uğurla davam etdirir. İstər hasilat, istərsə də satış əməliyyatları ötən aylarda plandan daha artıq həyata keçirilib. Bunun nəticəsidir ki, koronavirus pandemiyası ilə əlaqədar ölkələrarası müntəzəm uçuşlara məhdudiyyətlərin qoyulduğu, ixracın həyata keçirilmədiyi dövrdə də hasilatın və digər fəaliyyətlərin tam gücü ilə bir müddət davam etdirilməsi üçün maddi resurslar mövcuddur”, – deyə A. Tarverdiyev qeyd edib.O həmçinin əlavə edib ki, hazırda “AzerGold” tərəfindən ixrac əməliyyatları həyata keçirilmir:
“Belə ki, Cəmiyyətin hasil etdiyi metalların daşınması xidmətini həyata keçirən ixtisaslaşmış beynəlxalq logistika şirkəti pandemiya səbəbindən müntəzəm uçuşlar dayandırıldığı üçün xidmət göstərə bilmir. Ümid edirik ki, sözügedən şirkət qısa zaman kəsiyində xidmətə başlayacaqdır. Əks halda, Cəmiyyət alternativ yolla daşınma üçün müraciət edəcək. Bu isə müvafiq çarter reyslərinin təşkil edilməsi deməkdir. Çarter təyyarə reyslərinin təşkil edilməsi indiki halda kifayət qədər böyük vəsait tələb edir və 5-6 dəfə daha artıq izafi xərclər deməkdir”.
Paylaş:
Müəllif :
Fuad
Tarix:8-04-2020, 20:58
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 20:01
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində dekabr üçün qəbul cədvəli AÇIQLANDI
Dünən, 11:52