reklam
Regionxeberlericom.az » Cəmiyyət » 9 gündə 10 minə yaxın sürücü cərimələnib

reklam

9 gündə 10 minə yaxın sürücü cərimələnib


Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 08.04.2020-ci il saat 00:00-dan 09.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 445 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) istinadən məlumat verir.

Məlumata görə, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 9 959 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.


Paylaş:


Müəllif : Tarix:
9-04-2020, 10:15
Sikayət   


loading...
Загрузка...