Koronavirusdan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyi ilə bağlı ən çox verilən SUALLAR və CAVABLAR
Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar və onların cavablar:
- Əməkhaqqı ilə bağlı maliyyə dəstəyi hansı sahibkarlara aiddir?
- Dövlət pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsini həyata keçirir.
- Pandemiyadan zərər çəkən sahələr hansılardır?
- Pandemiyadan zərər çəkmiş 4 böyük sektor üzrə aşağıdakı fəaliyyət istiqamətləri müəyyən edilib.
Sənaye sektoru üzrə:
İstehsal sektoru (ərzaq, dərman, tütün və içki istehsalı istisna olunmaqla).
Ticarət sektoru üzrə:
Topdan və pərakəndə ticarət (ərzaq, dərman və neft məhsullarının satışı istisna olunmaqla);
Mebel istehsalı və satışı;
Zərgərlik məmulatlarının satışı.
Turizm, ictimai iaşə və digər xidmətlər sektoru:
yerləşmə vasitələri hesab edilən mehmanxana, motel, hostel və oxşar obyektlərin fəaliyyəti;
turoperator və turagent fəaliyyəti;
sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq məhsullarının daşınması və (və ya) çatdırılması xidmətləri;
ictimai iaşə fəaliyyəti;
sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti;
idman-sağlamlıq obyektlərinin fəaliyyəti;
hazırlıq (tədris) və ixtisasartırma kurslarının, uşaq tədris və inkişaf mərkəzləri, uşaq klubları, psixoloji mərkəzlərin fəaliyyəti;
bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti,
özəl təhsil müəssisələri (o cümlədən, uşaq bağçaları);
avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri.
Nəqliyyat sektoru:
Ölkədaxili yük və sərnişin daşıma (o cümlədən taksi ilə) fəaliyyəti.
- Maliyyə dəstəyi proqramının başlanması barədə haradan xəbər tutmaq olar?
- “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” barədə məlumat qeydiyyatda olan bütün vergi ödəyicilərinin şəxsi elektron kabinetinə, həmçinin onların mobil telefonlarına SMS vasitəsilə göndərilir.
- Vergi orqanlarında qeydiyyata alınmış mobil telefon nömrəsi bağlıdırsa, sahibkar nə etməlidir?
- “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” barədə məlumat qeydiyyatda olan bütün vergi ödəyicilərinin şəxsi elektron kabinetinə də göndərilir.
- Dövlət dəstəyindən faydalanmaq üçün sahibkar nə etməlidir?
- Vergi ödəyiciləri müraciəti İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) mövcud olan elektron kabinetləri vasitəsilə təqdim etməlidirlər.
- Əməkhaqqının ödənilməsi ilə bağlı maliyyə dəstəyindən faydalanmaq üçün müraciəti haradan etmək lazımdır?
- Vergi ödəyiciləri İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) şəxsi kabinetində “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən “əmək ödənişləri üzrə müraciət” altbölməsinə daxil olaraq, buradakı müvafiq alt bölmədə olan müraciət formasını elektron qaydada doldurmalıdır.
- Əməkhaqqının ödənilməsi ilə bağlı sahibkardan hansı məlumatların verilməsi tələb olunur?
- Müraciət formasında vergi ödəyicisinin reyestr məlumatları - vergi ödəyicisinin uçotda olduğu vergi orqanının adı, VÖEN-i, aktiv bank hesabları, 1 mart və müraciət tarixinə əmək müqavilələri üzrə işçi sayları - avtomatik əks etdirilir. Sahibkarlar müraciətdə pandemiya üzrə zərər çəkmiş fəaliyyət sahələrini, bu fəaliyyət sahələri üzrə 1 aprel 2020-ci il tarixinə aktiv əmək müqaviləsi bildirişlərinə əsasən işçilərin siyahısını, vəsaitin köçürülməsi nəzərdə tutulan bank hesabı barədə əlavə məlumatları onlayn qaydada doldurmalıdırlar.
- Bu məlumatlar yoxlanacaqmı?
- Məlumatlar uçot baza məlumatları ilə avtomatik qaydada yoxlanılır. Vergi ödəyicisi məlumatların səhih verildiyinə, vergi orqanlarına təqdim etdiyi hesabatlardakı göstəricilərdən fərqli olmamasına diqqət yetirməlidir. Müraciətin yoxlanılması zamanı sistem vergi ödəyicisinin fəaliyyət sahəsinin pandemiya üzrə zərər çəkmiş sahəyə uyğun gəlməsini, müraciət tarixinə işçi sayında azalmaların olmamasını, riskli vergi ödəyiciləri ilə əməliyyatların aparılması kimi halları yoxlayacaq. Sistem tərəfindən uyğunsuzluq aşkar edilmədikdə məlumatlar avtomatik olaraq qəbul edilir.
- Əgər məlumatlarda uyğunsuzluq aşkarlanarsa, bunu düzəltmək imkanı olacaqmı?
- Vergi ödəyicisinə uçot məlumatları üzrə uyğunsuzluğu aradan qaldırmaq və şəxsi kabineti vasitəsilə onlayn qaydada yenidən müraciət etmək imkanı yaradılacaq.
- Ödənişlər nə vaxt veriləcək?
- Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində məbləğ iki bərabər hissəyə bölünməklə 2 ay ərzində ödənilir.
- Sahibkar bu vəsaitləri digər təxirəsalınmaz zəruri xərclərinə yönəldə bilərmi?
- Dövlət dəstəyi proqramı çərçivəsində sahibkarlara ödənilən vəsaitdən yalnız təyinatı üzrə, yəni işçilərin əmək haqlarının ödənilməsi üçün istifadə olunmalıdır.
- Əməkhaqqının ödənilməsinə maliyyə dəstəyi göstərilərkən hansı meyar əsas götürələcək?
- Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi zamanı ölkə üzrə 2020-ci ilin yanvar ayına olan orta aylıq əməkhaqqı (712 manat) əsas meyar olaraq götürülür.
- Əgər işçilər orta aylıq əməkhaqqından daha çox maaş alırsa, onlara hansı məbləğ ödəniləcək?
- Əgər müəssisədə çalışan işçilərin bir qismi orta aylıq əməkhaqqından daha yuxarı əməkhaqqı alırsa, o zaman onlara dövlət dəstəyi orta aylıq əməkhaqqı həddini aşmamaq şərtilə hesablanacaq.
Misal:
Vergi ödəyicisinin 10 işçisi var. Aprel ayı üçün onlardan 6-sı 600 manat, 4-ü isə 1200 manat əməkhaqqı alır. Bu halda, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizminə əsasən, həmin ay üçün 6 nəfər əməkhaqqı həcmində (600 manat), 4 nəfər orta aylıq əmək haqqından yuxarı maaş alan işçilər isə 712 manat əmək haqqı alacaqlar.
- Əmək haqlarına hesablanmış sosial sığorta ayırmaları da qarşılanacaqmı?
- Dövlət maliyyə dəstəyi muzdlu işçilərə ödənilməli olan əməkhaqqının və ona müvafiq sosial sığorta haqlarının müəyyən hissəsinin də vergi ödəyicilərinin bank hesablarına köçürülməsini nəzərdə tutur.
- Maliyyə dəstəyi alan ödəyicilər barədə məlumat açıqlanacaqmı?
- Maliyyə vəsaitlərinin ayrıldığı vergi ödəyiciləri barədə məlumatlar İqtisadiyyat Nazirliyinin və onun qurumlarının internet resursları və KİV-lər vasitəsilə ictimaiyyətə çatdırılacaq.
- Maliyyə dəstəyi zərər çəkən fərdi sahibkarların hamısına aiddirmi?
- Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan və 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş fərdi (mikro) sahibkarlara şamil edilir.
- Maliyyə dəstəyi fərdi sahibkarlara necə çatdırılacaq?
- Dövlət büdcəsindən ayrılan vəsaitlər fərdi sahibkarların bank hesablarına köçürüləcək.
- Fərdi sahibkarlar maliyyə dəstəyindən faydalanmaq üçün müraciəti haradan etməlidir
- Vergi ödəyiciləri internet vergi idarəsində şəxsi elektron kabinetində “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən “fərdi sahibkarlara ödənişlər üzrə müraciət” alt bölməsinə daxil olaraq elektron qaydada müraciət formasını doldurmalıdırlar.
- Fərdi sahibkarlardan hansı məlumatların verilməsi tələb olunur?
- Müraciət formasında reyestr məlumatları - vergi uçotunda olduğu vergi orqanının adı, VÖEN-i, aktiv bank hesabları, 2019-cu il ərzində ödənilmiş vergilər - avtomatik əks etdirilir. Sahibkarlar isə müraciətlərində öz vergi rejimi barədə məlumatları (2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olması, sabit qəbz almaqla fəaliyyət göstərməsi, daşıma fəaliyyəti ilə məşğul olması, yaxud gəlir vergisi mükəlləfiyyəti olması), habelə vəsaitin köçürülməsi nəzərdə tutulan bank hesabını göstərməlidirlər.
- Fərdi sahibkarın verdiyi məlumatlar necə yoxlanılacaq və yanlışlıq olduğu halda, bunu düzəltmək imkanı olacaqmı?
- Fərdi (mikro) sahibkarların verdiyi məlumatlar uçot baza məlumatları ilə avtomatik qaydada yoxlanılır. Müraciətin yoxlanılması zamanı vergi ödəyicisinin seçdiyi vergi rejiminin məlumat bazasında mövcud vergi rejiminə uyğun gəlməməsi, vergi ödəyicisinin fəaliyyətinin mart ayından əvvəl dayandırılmış olması, 2019-cu il ərzində büdcəyə vergi ödəmələri aparmaması ilə bağlı uyğunsuzluqlar olub-olmaması araşdırılır. Əgər uçot məlumatlarında uyğunsuzluq aşkar edilərsə, bu halda vergi ödəyicisinə aşkar edilimiş uyğunsuzluqları aradan qaldırmaq və yenidən müraciət etmək imkanı verilir.
- Maliyyə dəstəyinin göstərilməsi anına, sahibkarın dövlət büdcəsinə borcu olarsa, ona ödənilən vəsait borca silinə bilərmi?
- Pandemiyadan zərər çəkmiş vergi ödəyicilərinə göstəriən maliyyə dəstəyi üzrə ödənilmiş vəsaitlər digər borclara görə silinməyəcək. Vergi ödəyicisinin dövlət büdcəsinə və ya büdcədənkənar dövlət fondlarına borcu ilə əlaqədar bank hesablarında sərəncam olduğu halda, köçürülən vəsaitin dondurulmaması və ya silinməməsi təmin ediləcək.
- Fərdi sahibkarlara dövlət dəstəyinin minimal həddi varmı?
- Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi mexanizmi çərçivəsində göstərilən maliyyə dəstəyinin minimum həddi 250, maksimum həddi 5000 manatdır. Əgər fərdi (mikro) sahibkarın 2019-cu il ərzində dövlət büdcəsinə ödənişinin məbləği 250 manatdan az olarsa, ona 250 manat məbləğində maliyyə dəstəyi göstəriləcək.
Misal:
Fərdi sahibkarın ötən il ərzində ödədiyi vergilərin məbləği 180 manat təşkil edir. Bu halda, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmi çərçivəsində, vergi ödəyicisinə 250 manat məbləğində ödəniş həyata keçiriləcək.
Paylaş:
Müəllif : Fuad
Tarix:9-04-2020, 19:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:9-04-2020, 19:41
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:33
Naxçıvan Səhiyyə Nazirliyində həbslər - Nazri Samiq Sadıxovun da həbs olunacağı gözlənilir İDDİA
Dünən, 11:26
“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Dünən, 11:24
ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Dünən, 11:20