“Facebook” koronavirusla bağlı xəbərləri blokladı – Təşviş yarandı

"Facebook" tərəfindən səhvən koronavirusa xəbərlərinin bloklanması təşvişə səbəb olub.
Bəzi istifadəçilərin paylaşım ekranında "İstifadəçi "Facebook" platformasını istifadə etməyi dayandırdığı üçün daxil edilən hərəkətə icazə verilmir" kimi sözlər yer alıb. Məsələ ilə bağlı aparılan araşdırmada isə hadisənin fərqli olduğu ortaya çıxıb. Məlum olub ki, bəzi media qurumlarının koronavirusla bağlı xəbərlərini "Facebook" təsadüfən blok edib.
Bildirək ki, bloklanan xəbərlər arasında bir çox məşhur media saytı da var. BuzzFeed və Atlantic xəbərləri əngəllənən saytlar arasındadır. "Facebook"un istənməyən xəbərlərin qarşısını almaq üçün avtomatik moderatorunun bu xətaya səbəb olduğu bildirilib.
Qeyd edək ki, "Facebook" səhvini düzəltmək üçün işə başlayıb. İstifadəçilərin paylaşdığı xəbərlərin digər insanlar tərəfindən görülməsini əngəlləyib. Xəbərləri sadəcə istifadəçinin özü görə bilir.
"Euronews"un xəbərinə görə, "Google", "Twitter", "Microsoft" və "Facebook" saxta virus xəbərlərinə qarşı birgə əməkdaşlıq edir.
Bu şirkətlər yalan məlumatların qarşısını almaq və oxucuya doğru məlumat çatdırmaq üçün səhiyyə müəssisələri ilə sıx əməkdaşlıq edərək problemin həllini tapmağa çalışırlar. Çünki koronavirus epidemiyası ilə bağlı çoxlu sayda yanlış məlumat sosial media platformalarında bəzən qəsdən paylaşılır".
Paylaş:
Müəllif : Fuad
Tarix:10-04-2020, 10:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:10-04-2020, 10:08
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:52
Bu gün, 12:39
Dünən, 13:07

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB

Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:- Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -TƏFƏRRÜAT