Operativ Qərargahdan Rusiyadan qayıtmaq istəyən Azərbaycan vətəndaşlarına MÜRACİƏT
Nazirlər Kabineti yanında Operativ Qərargah Rusiyadan qayıtmaq istəyən Azərbaycan vətəndaşlarına müraciət edib.
Operativ Qərargahın məlumatında bildirilir ki, COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycandakı mövcud vəziyyət təhlil edilib və xəstəliyin geniş yayılmasının qarşısının alınması məqsədi ilə 5 aprel 2020-ci il tarixdən 20 aprel 2020-ci il tarixədək yükdaşımalar istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, o cümlədən yerli hava uçuşları dayandırılıb.
“Sərhədlərin bağlanması barədə əvvəlcədən xəbərdarlıq edilməsinə baxmayaraq, hazırda Rusiya Federasiyasında yaşayan Azərbaycan vətəndaşlarının bir qisminin vətənə qayıtmaq məqsədi ilə sərhəd-buraxılış məntəqəsinə toplaşması, sərhəddə gərginlik yaratması kimi hallar müşahidə olunmaqdadır. Yaranmış vəziyyətlə əlaqədar Rusiya Federasiyasında yaşayan və hazırda Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımızı karantin rejimi qaydalarına əməl etməyə, 20 aprel 2020-ci il tarixədək ölkəmizin Rusiya Federasiyasındakı səfirliyində və konsulluqlarında qeydiyyatdan keçməyə çağırırıq”.
Məlumatda qeyd olunur ki, hazırda Azərbaycanda xüsusi karantin rejimi tətbiq olunduğundan ölkə sərhədlərinin qarşıdakı müddətdə açılmasına dair qərar 20 aprel 2020-ci il tarixindən sonra COVID-19 zəminində mövcud vəziyyət təhlil edilərək veriləcək:
“Eləcə də ölkə daxilində karantin məqsədilə ayrılmış məntəqələrin vətəndaşları qəbul etmək imkanları və COVID-19 xəstəliyinin yayılma dinamikası nəzərə alınaraq səfirlik və konsulluqlarda qeydiyyatdan keçmiş şəxslərin müəyyən qrafiklə vətənə dönüşünün təmin olunması məsələsinə baxılacaq”.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-04-2020, 20:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:10-04-2020, 20:05
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:12
Suraxanı Hərbi Komissarlığı sağlam olmayan uşaqdan niyə əl çəkmir? - Valideyni Prezidentə və Xidmət rəisinə üz tutdu
Bu gün, 08:46
ADNSU ilə “Ixun Lasertechnik” arasında bağlanmış satınalma müqaviləsində nələrə göz yumulub
Dünən, 10:33
Naxçıvanda güzəştli kreditlərin əksəriyyəti yüksək vəzifəli məmurların nəzarətində olan müəssisələrə verilir- İTTİHAM
Dünən, 08:32
Naxçıvan Səhiyyə naziri Samiq Sadıxov Azərbaycanın mövcud qanunvericiliyini heçə sayaraq saxta sənədlərə imza atdırmışdır - İDDİA
Dünən, 08:27