Vüqar Səfərli barədə araşdırma aparılır

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş İcraçı direktoru Vüqar Səfərlinin fəaliyyəti təftiş olunur.
Yeni icraçı direktor Əhməd İsmayılov təhvil-təslim apararkən ciddi çatışmazlıqların, qanun pozuntularının olduğunu aşkarlayıb və bundan sonra araşdırmalara başlanılıb.
Bundan ötrü fondun əməkdaşlıq etdiyi mətbuat orqanları, ayrı-ayrı qurumların siyahısı hazırlanıb.
Fondun əməkdaşları ilə söhbətlər aparılıb, müəyyən informasiyalar əldə edilib.
İlkin nəticələrə görə, V.Səfərli fondda özünə yaxın bir neçə nəfər, eləcə də kənardakı dostlarının qeyri-hökumət təşkilatları və mətbu orqanları ilə əməkdaşlıq edib, əsasən onlara layihə ayırıb. Bu illər ərzində daha çox vəsait ayrılan təşkilatlardan biri də Milli Televiziya və Radio Şurasının keçmiş sədrinə aiddir.
Məlumata görə, araşdırmalar bitəndən sonra yeni sədr “yuxarılara” məruzə edəcək. Bundan sonra V.Səfərli haqqında aparılan araşdırmaların nəticələri barədə mətbuata məlumat veriləcək.
Onu da qeyd edək ki, yeni sədr fondda artıq kadr islahatlarına da başlayıb. Keçmiş sədrə yaxın olan bir neçə nəfərin müqavilələrinə artıq xitam verilib.
V.Səfərli KİVDF-yə 2009-cu ildən rəhbərlik edirdi. (oxu.az)
Paylaş:
Müəllif : Fuad
Tarix:13-04-2020, 21:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:13-04-2020, 21:58
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:52
Bu gün, 12:39
Dünən, 13:07

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB

Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:- Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -TƏFƏRRÜAT