İş adamı müflis elan edilməsi üçün məhkəməyə müraciət etdi - Azərbaycanda
Şəki Kommersiya Məhkəməsində iş adamı Etibar Hacıyevin “AGbank” ASC-yə qarşı müflis elan edilməsi barədə ərizəsinə baxılıb.
Hakim Rüfət Məcidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, iş adamının ərizəsi geri qaytarılıb. Buna səbəb ərizəyə qanunvericiliklə müəyyən edilmiş qaydada əlavə olunacaq sənədlərin daxil edilməməsi olub.
E.Hacıyev iddia ərizəsində göstərib ki, 1998-ci ildən fərdi sahibkar kimi vergi orqanlarında qeydiyyatdan keçərək fəaliyyət göstərir. 2005-ci ildə Ağdaş şəhərində İcra Hakimiyyəti tərəfindən ilin ən yaxşı iş adamı mükafatına layiq görülüb.
2010-2011-ci illərdə biznesini genişləndirmək məqsədilə “AGbank” ASC-dən kredit götürüb və kredit təminatı kimi özünün və qohumlarının mülkiyyətində olan əmlaklar ipoteka kimi yüklü edilib. Lakin 2015-2016-cı illərdə baş verən devalvasiya səbəbindən ağır və çətin vəziyyətə düşüb, kredit borcunu ödəyə bilməyib. İpoteka ilə yüklü edilmiş əmlaklar satılsa belə, borcun ödənilməsinə kifayət etməyəcək. Həmin əmlakların satılması nəticəsində üç ailə evsiz, yüklü edilmiş qeyri-yaşayış sahələri satılarsa, orada işləyən şəxslər işsiz qalacaq.
Bu səbəbdən E.Hacıyev bu iddia tələbi ilə məhkəməyə müraciət edib./oxu.az/
Paylaş:
Müəllif : Yazar
Tarix:14-04-2020, 11:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-04-2020, 11:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:12
Suraxanı Hərbi Komissarlığı sağlam olmayan uşaqdan niyə əl çəkmir? - Valideyni Prezidentə və Xidmət rəisinə üz tutdu
Bu gün, 08:46
ADNSU ilə “Ixun Lasertechnik” arasında bağlanmış satınalma müqaviləsində nələrə göz yumulub
Dünən, 10:33
Naxçıvanda güzəştli kreditlərin əksəriyyəti yüksək vəzifəli məmurların nəzarətində olan müəssisələrə verilir- İTTİHAM
Dünən, 08:32
Naxçıvan Səhiyyə naziri Samiq Sadıxov Azərbaycanın mövcud qanunvericiliyini heçə sayaraq saxta sənədlərə imza atdırmışdır - İDDİA
Dünən, 08:27