Karantin rejimi ilə bağlı 3 VARİANT: - “İkinci dalğanın baş qaldırmaması üçün...”
“Bakının mərkəzi küçələri istisna olmaqla, digər yerlərdə karantin qaydalarına demək olar, əməl edilmir”.
Yenicag.az xəbər verir ki, bu fikirləri ölkədə karantin rejiminin uzadılması və ya yekunlaşdırılmasına dair ehtimallara münasibət bildirən iqtisadçı Samir Əliyev deyib.
Samir Əliyevin fikrincə, bu məsələdə atılacaq addım şəraitə uyğun olmalı, tələskənliyə yol verilməməlidir. İqtisadçı hesab edir ki, karantin rejiminin saxlanması və ya götürülməsinə yönəlik 3 variant nəzərdən keçirilə bilər:
“Birinci variant karantin müddətinin uzadılmasıdır. Yoluxmanın yayılma səviyyəsi azaldığından, bu qərara yenidən baxılma şərtilə rejimin daha 10 gün uzadılması münasib olardı.
İkinci variant yumşaq karantin rejiminin tətbiq olunmasıdır. Bu halda karantin şərtləri bir qədər yumlaşdıla və kütləvi olmayan bəzi fəaliyyət sahələrinin işinə icazə verə bilər.
Üçüncü variant isə məktəb və bağçaların fəaliyyəti istisna olmaqla, karantin rejiminin tam ləğv edilməsidir. Bu halda əhalinin hərəkəti zamanı ən azı ictimai nəqliyyatda və kütləvi tədbirlərdə tibbi maskalardan istifadənin məcburiliyi, sosial məsafənin gözlənilməsi kimi tələblər qoyulmalıdır”.
İqtisadçının sözlərinə görə, Fransa, Rusiya kimi ölkələrdə karantin müddəti uzadılsa da, İspaniya, Çin və başqa dövlətlərdə məhdudlaşdırıcı qaydalar xeyli yumşaldılıb. O baxımdan, Azərbaycanın da bu məsələdə diqqətli davranmağı vacibdir:
“Əlbəttə ki, Azərbaycanda yoluxmanın qarşısının alınmasında karantin rejiminin rolu danılmazdır. Lakin Bakının mərkəzi küçələri istisna olmaqla, digər yerlərdə karantin qaydalarına demək olar, əməl edilmir.
Hətta bu vəziyyətdə belə Azərbaycanda yoluxmanın miqyası minimum səviyyədədir. Deməli, burada ölkənin təbiəti (isti, küləkli və rütubətin az olması) və insanların güclü immunitetə malik olmaları vacib rol oynayır. Ona görə də, əvvəl 1-ci, sonra isə 3-cü variantın tətbiqini təklif edərdim”.
Paylaş:
Müəllif : Yazar
Tarix:14-04-2020, 16:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-04-2020, 16:13
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 22:34
Bayden Trampı “erməni təxribatı” ilə vurur: Ermənistan isə Rusiyaya sanksiya tətbiq edəcək
Dünən, 11:12
Suraxanı Hərbi Komissarlığı sağlam olmayan uşaqdan niyə əl çəkmir? - Valideyni Prezidentə və Xidmət rəisinə üz tutdu
Dünən, 08:46
ADNSU ilə “Ixun Lasertechnik” arasında bağlanmış satınalma müqaviləsində nələrə göz yumulub
13-01-2025, 10:33
Naxçıvanda güzəştli kreditlərin əksəriyyəti yüksək vəzifəli məmurların nəzarətində olan müəssisələrə verilir- İTTİHAM
13-01-2025, 08:32
Naxçıvan Səhiyyə naziri Samiq Sadıxov Azərbaycanın mövcud qanunvericiliyini heçə sayaraq saxta sənədlərə imza atdırmışdır - İDDİA
13-01-2025, 08:27