Sumqayıtda zibil qutusu korrupsiyası - FAKT
"Sumqayıt Şəhər Təmizlik Departamenti" MMC -nin “Zibil konteynerlərinin satın alınması” məqsədilə elan etdiyi tenderin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tenderin qalibi olan “Tikinti Bərpa Firması” MMC "Sumqayıt Şəhər Təmizlik Departamenti" MMC 575 ədəd 1100 litirlik zibil konteyneri satacaq.
"Sumqayıt Şəhər Təmizlik Departamenti" MMC 575 ədəd 1100 litirlik zibil konteyneri üçün “Tikinti Bərpa Firması” MMC-yə 296 min 504 manat 50 qəpik ödəyəcək. Rəqəmlərdən də göründüyü kimi 1100 litirlik zibil konteynerinin 1 ədədinin qiyməti 516 manat olacaq.
Məlumat üçün bildirək ki, 4 ay əvvəl – 2019-cu ilin dekabr ayında “Tikinti Bərpa Firması” MMC Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfati İstehsalat Birliyinin keçirdiyi tenderin qalibi olub. Tender nəticəsində “Tikinti Bərpa Firması” MMC 650 ədəd 1430 litrlik zibil konteyneri satın və 1 ədəd zibil konteynerinin dəyəri 438 manat olub.
Açıqlanan məlumatlardan da göründüyü kimi 4 ay əvvəl daha böyük həcmdə olan zibil konteynerini 438 manata satın alındığı halda, hazırda 1100 litrlik zibil konteyneri 516 manata satın alınır. Qeyd edək ki, müxtəlif elan saytlarında 1100 litrlik metal zibil konteynerinin 420 manata satılmadı barədə elanlara rast gəlmk mümkündür.
Onu da bildirək ki, “Tikinti Bərpa Firması” MMC 03.03.2011-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Quba şəhəri məh.16 olaraq göstərilən MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. Qanuni təmsilçisi Cəfərov Rafiq İmanqulu oğlu olan MMC barədə açıq internet resurslarda heç bir məlumata rast gəlmək mümkün deyil.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-04-2020, 09:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-04-2020, 09:56
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16