reklam
Regionxeberlericom.az » Cəmiyyət » Bürclər- 16 aprel

reklam

Bürclər- 16 aprel


Qoç - xoş gün deyil. Nə özünüzdən, nə ətrafınızdakılardan baş tapırsınız. Uğur şkalası aşağı enməkdədir. Mənfi emosiyalarınız sağlam düşüncəyə üstün gəlir. Sonradan əsəblərinizi cilovlamadığınız, həddən artıq sərt iradlar bildirdiyiniz, aqressiv davrandığınız üçün özünüzü qınayacaqsınız.

Buğa - işdə çətinliklər yaransa da, kefinizi pozmursunuz. Bu cür yanaşma təqdirəlayiqdir. Doğrudan da, şərait çıxılmaz deyil, əgər bir az çalışsanız, o, tezliklə yaxşılığa doğru dəyişəcək. Rəhbərlik və potensial partnyorlarla söhbətlərdə ehtiyatlı olun: sirləriniz əhəmiyyətsiz olsa belə, sonadək kartlarınızı açmayın.

Əkizlər - maraqlı tanışlıqlar mümkündür, ancaq bu gün rastınıza çıxan insanlar barədə düzgün nəticə çıxaracağınıza böyük şübhə var. Əlaqələrin başlanması və ya qırılması barədə qərarlar verməyə tələsməyin - hadisələrin inkişafına nəzər yetirin, necə hərəkət etmək lazım olduğu tezliklə aydınlaşacaq.

Xərçəng - əməkdaşlıqdansa, müstəqil işləməyə üstünlük verin. Şəxsi xarakterli istənilən məsələnin həlli zamanı bütün maraqlı tərəflərin rəyini nəzərə alın. Sizdən müəyyən qurbanlar tələb olunur, ancaq bunlar sizi təşvişə salacaq dərəcədə qorxulu və dəhşətli deyil.

Şir - mürəkkəb məsələlərə diqqət yetirin - onlar üzərində iş sizə maraqlı və faydalı olacaq. Yeni təcrübə qazanmaq, peşə təcrübənizi artırmaq imkanı yaranıb. Ətrafınızdakıların sizin barənizdə nə fikirləşdikləri, rəhbərliyin müvəffəqiyyətlərinizin fövqündə olub-olmadığı barədə yox, gördüyünüz işlərin xoş sonluğu barədə düşünün. 

Qız - ciddi sarsıntı gözlənilmir. Çətinliklər yalnız axşam yarana bilər. Bu isə əsasən enerjinizin azalması ilə əlaqədardır. Diqqətinizi cəmləşdirə bilmir, tez-tez səhvlər edir, vacib məqamları nəzərdən qaçırırsınız. Mürəkkəb hesabatların, smeta və texniki sənədlərin tərtibi məsləhət bilinmir.

Tərəzi - yaxınlarınız sizi dəstəkləməyə, ideyalarınızın yerinə yetirilməsində kömək etməyə hazırdırlar. Bircə şeyin öhdəsindən gələ bilmirlər - bədbinliyiniz getdikcə artır.

Əqrəb - sevdiyinizlə aranızda xırda anlaşılmazlıq yarana bilər, çıxış yolunu tez tapacaqsınız. Maraqlı tanışlıqlar və romantik macəralar mümkündür. Axşam ziyafətə getmək olar.

Oxatan - Danışıqlar pis keçmir, ancaq nəzərə almaq lazımdır ki, əldə edilən razılaşmanı tam hesab etmək olmaz. Yeni iş ortağınız və ya rəhbərlik barədə isə dolğun və düzgün qənaətə gəlmək olar.  Şəxsi həyatda güclü dəyişikliklər gözlənilmir. Burada daha çox sabitləşməyə, mövcud əlaqələrin möhkəmləndirilməsinə meyl var. Yeni tanışlıqlar xoşdur, amma çətin ki, ciddi davamı olsun.

Oğlaq -  bu günün gətirdiyi problemlərin hamısının öhdəsindən gələcəksiniz. İşgüzar ünsiyyət, peşəkar perspektivlərin müzakirəsi, sövdələr bağlamaq üçün münasib gündür. İşlə bağlı vacib məlumat ala bilərsiniz. Yeni iş ortaqları ilə yeni əməkdaşlıq mümkündür.

Dolça - şərait dəyişəcək, həmçinin faydalı məlumat ala bilərsiniz. Nüfuzlu adamların dəstəyini qazanacaqsınız, bu, məqsədinizə doğru yolunuzu asanlaşdıracaq.

Balıqlar - səhər çağı hər bir işdə ehtiyatlı olun. Qətiyyətli hərəkətlərdən çəkinin, işgüzar və şəxsi həyatınızda köklü dəyişikliklər etməyə cəhd göstərməyin. Hesablardakı səhvlər maliyyə itkilərinə səbəb ola bilər.


Paylaş:


Müəllif : Tarix:
16-04-2020, 00:07
Sikayət   


loading...
Загрузка...