reklam
Regionxeberlericom.az » Cəmiyyət » Qiyas İbrahimov universitetdə təhsilini davam etdirə bilmir – “Rektorla görüşdüm, dedi ki…”

reklam

Qiyas İbrahimov universitetdə təhsilini davam etdirə bilmir – “Rektorla görüşdüm, dedi ki…”


Təhsil hüququ Azərbaycan Konstitusiyasında təsbit edilib, bu barədə “Təhsil haqqında” qanunda da deyilir. Lakn bu ilin martında prezident İlham Əliyevin əfvilə azad edilmiş Qiyas İbrahimov təhsilini davam etdirə bilmir.

Qiyasın sözlərinə görə, 2016-cı ilin mayında onu həbs edəndə Slavyan Universitetinin dördüncü kurs tələbəsi olub.

“İmtahan çıxmışdım ki, məni həbs elədilər. Əgər həbs olmasaydı, qalan imtahanları verib, təhsilimi bitirərdim və diplom alardım. Həbsdən sonra vəkil universitetə bildiriş göndərərək mənim həbsdə ikən imtahan verməyimə icazə verilməsini xahiş etdi. Ancaq icazə verilmədi”, – Qiyas bildirib.

O, azadlığa çıxdıqdan sonra təhsilini başa vurmağı qərara alıb və bir neçə gün öncə universitetin jurnalistika fakültəsinin dekanlığına müraciət edib.

“Əvvəlcə məni dekanlıqda qəbul etdilər, bildirdilər ki, universitetdən xaric edilməyim, yoxsa akademik məzuniyyətə göndərilməyim barədə məlumatları yoxdur. Növbəti gün fakültənin dekanı Eldar Piriyev məni qəbul etdi, rektor Nurlana Əliyeva ilə danışmağı məsləhət gördü. Rektor məni dinləyərək dedi ki, mən universitetdn xaric edilmişəm və bərpa məsələsi hazırda gündəlikdə deyil, çünki tədris ilinin sonudur.

Bundan əlavə, rektor dedi ki, hazırda “akademik məzuniyyət” anlayışı mövcud deyil. “Gələn il bərpa oluna bilərəmmi” sualına isə rektor qeyri-müəyyən cavab verdi.

Bütün bunlar mənim təhsil almaq hüququmu pozur. Hesab edirəm ki, məni universitetə bərpa etməməklə məndən qisas almağı davam etdirirlər”, – Qiyas deyib.

Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov Turan-a bildirib ki, məsələ ilə tanış deyil və universitet rəhbərliyinə müraciət etməyi məsləhət görüb. Həmçinin qeyd edib ki, bu cür hallar “Təhsil haqqında” qanunun müddəaları ilə tənzimlənir.

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov da C.Valehovun sözlərini təsdiqləyib.

“Əgər tələbə üzrlü səbəbdən (səhhəti, ailə vəziyyəti, yaşayış yerini dəyişməsi ilə əlaqədar, həmçinin həbs səbəbindən) təhsilini davam etdirə bilmirsə, bu barədə universitetə məlumat verir, onu müvəqqəti olaraq ali məktəbdən xaric edirlər. Lakin təhsili davam etdirmək üçün maneə olmadıqda o, təhsilini davam etdirə bilər, həm də onu dayandırdığı andan.

Məsələn, əgər təhsil mayda dayandırılıbsa, tələbə ikinci semestrdən universitetə bərpa oluna bilər, belə ki, birinci semestri oxuyub və ikinci yarımilə keçib. İndiki halda bərpa ilə bağlı heç bir problem yaranmır”, - K.Əsədov bildirib.

Turan-ın Bakı Slavyan Universitetinin rəhbərliyilə əlaqə saxlamaq cəhdləri baş tutmayıb.





Paylaş:


Müəllif : Tarix:
13-04-2019, 20:08
Sikayət   


loading...
Загрузка...