reklam
Regionxeberlericom.az » Cəmiyyət » Sensorlu qolbaq vasitəsi ilə COVID-19-un əlamətləri vaxtında aşkar olunacaq

reklam

Sensorlu qolbaq vasitəsi ilə COVID-19-un əlamətləri vaxtında aşkar olunacaq


Lixtenşteyn Knyazlığında COVID-19 virusunun əlamətlərinin vaxtında aşkar edilməsi üçün Knyazlıq tərəfindən maliyyələşdirilən tədqiqat həyata keçirilir.

Ölkəmizin İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfirliyindən AZƏRTAC-a verilən məlumata əsasən, tədqiqat nəticəsində sensorlu qolbaq vasitəsi ilə COVID-19 virusunun əlamətlərinin vaxtında aşkar olunmasının mümkünlüyü araşdırılır. Araşdırmada təxminən 2000 vətəndaş iştirak edir və ilkin nəticələrin bu ilin payızınadək məlum olacağı bildirilir. Tədqiqatın əsas məqsədi 2020-ci ilin ikinci yarısında mümkün ola biləcək ikinci pandemiya dalğasına qarşı hazırlıqlı olmaqdır. Yoluxmanın əlamətlərinin vaxtında aşkarlanması xəstənin daha tez bir zamanda izolyasiyası və xəstələrin məqsədyönlü müalicəsinə, səhiyyə personalının və səhiyyə sisteminin qorunmasına yol açmasıdır.

Sensorlu qolbaq rəqəmsal sağlamlıq və qadınların reproduktiv sağlamlığı sahəsində fəaliyyət göstərən “Ava” firmasına məxsusdur. Tibbi qolbaq insan yuxuda olan zaman temperaturuna, ürək döyüntüsünə, nəfəsalma tezliyinə nəzarət edən cihazdır. Araşdırma zamanı bu qolbağın artıq mövcud olan xüsusiyyətlərinin COVID-19 virusuna yoluxmuş xəstələrin göstəriciləri ilə əlaqələndirilməsinə və simptomların vaxtında aşkar olunmasına önəm veriləcək və yeni alqoritmlər yaradılaraq bu virusun göstəriciləri ilə birləşdiriləcək.


Paylaş:


Müəllif : Tarix:
18-04-2020, 09:46
Sikayət   


loading...
Загрузка...