reklam
Regionxeberlericom.az » Cəmiyyət » Koronavirusla bağlı təcili tibbi yardıma müraciət: - SAY AZALIB

reklam

Koronavirusla bağlı təcili tibbi yardıma müraciət: - SAY AZALIB


Koronavirus şübhəsilə Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edənlərin sayı azalıb.

Bunu Cebhe.info-ya açıqlamasında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva deyib.

Onun sözlərinə görə, koronavirus şübhəsilə bir Təcili və Təxirəsalınmaz Yardım Stansiyasına bir ay əvvəl bir gündə 500 müraciət olunurdusa, son dövrlər çağırışların sayı 300-ə enib:

“Bu, o demək deyil ki, koronavirus şübhəsi ilə çağırış edənlərdən koronavirus üçün nümunə və yaxma götürülüb. Çünki koronavirus şübhəsi ilə “103” xidmətinə müraciət olunur və suallar əsnasında çağırış ya qəbul olunur, ya da qəbul olunmur. Çağırış qəbul olunandan sonra həkim evə gəlir, müayinədən sonra yalnız onun rəyi ilə nümunə götürülür, yaxud götürülmür. Götürüldüyü halda nəticə neqativ olarsa, şəxs adi soyuqdəymə halı ilə ev şəraitində müalicə olunur. Pozitiv olarsa isə bilirsiz ki, xəstə evdən götürülərək xüsusi rejimli xəstəxanaya aparılır.

Koronavirusa yoluxma dövrünün ilkin etaplarında virus şübhəsi ilə çağırışların sayı çox olurdu. İnsanlar qorxurdu, adi şübhələrlə bağlı çağırışlar edirdilər və gəlib evdən karantinə aparılırdılar. Bizim çağırışlarımızdan sonra artıq insanlar başa düşdülər ki, evə çağırış olan zaman onlar karantinə aparılmayacaqlar. Amma istənilən halda özündə koronavirus əlamətləri hiss edən şəxslər təcili yardıma müraciət etməlidirlər. Özümüz də hər dəfə elan edirik ki, insanlarımız “103” saylı çağrı mərkəzinə zəng etməkdən çekinməsinlər. Qeyd edim ki, son günlər “103” saylı çağrı mərkəzinə müraciət edənlərin sayı azalıb”.


Paylaş:


Müəllif : Tarix:
18-04-2020, 11:19
Sikayət   


loading...
Загрузка...