reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ruhi Türkiyədə şirkət açdı - Filmlər çəkiləcək

reklam

Ruhi Türkiyədə şirkət açdı - Filmlər çəkiləcək


Azərbaycanlı iş xanımı, “Liatris Holding”in rəhbəri Ruhi Əliyeva Türkiyədə yeni layihəyə imza atıb.
O, rəhbəri olduğu şirkətin Türkiyədə filialını açıb.
“Liatris Yapım” adı ilə fəaliyyətə başlayan şirkət mütəmadi olaraq böyük film çəkilişləri həyata keçirəcək:
“Sözsüz, arzularım və məqsədlərim çoxdur. Azərbaycan adına daima uğurlu işlərə imza atmaq qürurvericidir. Qardaş ölkədə yeni açılan şirkət və uğurlu filmlərə imza atmaq da arzularım sırasında idi. Bu arzumun reallaşması üçün ilk addımı atdıq”.
“Liatris Yapım”ın çəkəcəyi ilk film də artıq məlumdur. Türkiyənin tanınmış rejissoru Dəniz Dənizçilərin ekranlaşdıracağı “Ağır romantik” filminə rəhbərliyi məhz Ruhi Əliyeva edəcək. Çəkilişləri may ayında başlayacaq filmin baş rol ifaçılarının kimliyi hələlik sirr olaraq saxlanılır. Filmin aktyor heyətinin adları bu ayın sonunda açıqlanacaq.
R.Əliyeva bildirib ki, filmin bu ilin sonuna qədər tam hazır olması və dekabr ayında nümayişə girməsi planlaşdırılır. Ekran işi təkcə Azərbaycan və Türkiyədə deyil, eləcə də Avropanın bir neçə ölkəsində təqdim ediləcək.
Növbəti ildə isə “Liatris Yapım” tərəfindən Türkiyədə daha bir neçə filmin çəkilişi gözlənilir.


Paylaş:


Müəllif : Tarix:
13-04-2019, 23:14
Sikayət   


loading...
Загрузка...