Yeni ixtisaslar üzrə müasir təhsil proqramları hazırlanacaq - Təhsil Nazirliyi
"Aprel ayının 17-si Nazirlər Kabineti orta ixtisas təhsili (kolleclər) üzrə ixtisasların yeni təsnifatını təsdiq etdi. Yenilənmiş ixtisaslar üzrə qəbul 2021/22-ci tədris ilindən başlayacaq".
APA-nın məlumatına görə, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov bildirib. O qeyd edib ki, kollec ixtisaslarının əvvəlki təsnifatı 2010-cu ildə təsdiq edilib və həmin təsnifat üzrə artıq 10 ildir ki, kadr hazırlığı aparılırdı:
"Yeni təsnifatda olan 141 ixtisas müasir əmək bazarının tələbləri, işəgötürənlərin təklifləri və rəyləri, ölkəmizdə orta ixtisaslı müasir kadrlara olan ehtiyaclar və beynəlxalq təcrübə nəzərə alınmaqla müəyyənləşdirilib. Yeni təsnifatda bir sira ixtisaslar birləşdirilib, bəzi yeni ixtisaslar əlavə olunub və uyğun olmayan ixtisaslar təsnifatdan çıxarılıb. Misal kimi, beynəlxalq təcrübə nəzərə alınaraq təhsil ixtisaslarına inklüziv təhsil ixtisası əlavə olunub, bəzi müəllimlik ixtisasları çıxarılıb (ali təhsil pilləsində hazırlıq aparılacaq), kənd təsərrüfatı ixtisaslarına aqroturizm, hidromeliorasiya və torpaq mühafizəsi, su bioehtiyatları və akvakultura əlavə olunub, texniki və texnololji ixtisaslar əhəmiyyətli şəkildə yenilənib (kompüter sistemləri, telekommunikasiya şəbəkələri və sair)".
Nazir müşaviri deyib ki, yeni ixtisaslar üzrə müasir təhsil proqramları hazırlanacaq:
"Bu proqramlar kollec səviyyəsində mütəxəssis hazırlığının keyfiyyətinin artırılmasına xidmət edəcək. Bundan əlavə, tam orta təhsil bazasından gələn məktəb məzunları kollecdə bütün ixtisaslar üzrə (tibb ixtisaslardan başqa) artıq 2 il təhsil alacaqlar ki, bu da onların daha qısa müddətdə əmək bazarına çıxışını təmin edəcək".
Paylaş:
Müəllif : Yazar
Tarix:20-04-2020, 09:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-04-2020, 09:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 20:01
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində dekabr üçün qəbul cədvəli AÇIQLANDI
Dünən, 11:52