reklam
Regionxeberlericom.az » Cəmiyyət » Verilişi bağlanıb, özü işdən çıxarılıb? - Elgiz Əkbərdən AÇIQLAMA

reklam

Verilişi bağlanıb, özü işdən çıxarılıb? - Elgiz Əkbərdən AÇIQLAMA

Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.

İclasda 18 aprel 2020-ci il tarixdə ARB televiziya kanalında yayımlanan "Elgizlə izlə" proqramına qoşulan ekspert tərəfindən nalayiq ifadələrin işlədilməsi faktı üzrə məsələyə baxılıb.

MTRŞ "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.11-1-ci bəndini rəhbər tutaraq ARB televiziya kanalının efirində 21 aprel 2020-ci il tarixdə proqramların yayımının 6 saatlıq müddətədək (saat 10:00-dan saat 16:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

ARB televiziya kanalı, ona tətbiq edilmiş məsuliyyət tədbirinin məzmunu barədə məlumatı yayımın dayandırılması müddəti ərzində özünün efirində yayımlamalıdır.

Bu qərardan dərhal sonra televiziya rəhəbrliyi tərəfindən sözügedən verilişin bağlandığı və aparıcı Elgiz Əkbərin işdən azad olunduğu iddia edilib.

Elgiz Əkbər saytımıza açıqlamasında deyilənlərin yalan olduğunu bildirib:

"Mən bilmirəm, xəbərim yoxdur. İşdən çıxarıldığımı kim deyir? Kim yazıb onu? Mənim hələ heç nədən xəbərim yoxdur".



Paylaş:


Müəllif : Tarix:
20-04-2020, 20:36
Sikayət   


loading...
Загрузка...