Yol polisinin bu cəriməni yazmaq hüququ olub, yoxsa yox? - Minlərlə sürücünü maraqlandıran vacib sual
Koronavirus pandemiyası dövründə İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi ilə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında minlərlə hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilərək 100 manatdan 200 manata qədər cərimələnib. İnzibati qaydada həbs edilən sürücülərin sayı isə 150 nəfərdən artıqdır.
Məlumdur ki, Prezident İlham Əliyevin 13.04.2020-ci il tarixli fərmanı ilə “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilərək 2.2-ci və 2.4-cü bəndlərinə İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) də əlavə edilib.
Bu tarixə qədər sözügedən maddə ilə cəzalandırılan sürücülərin sayı 18 687 nəfər təşkil edir. Hüquqşünaslar hesab edirlər ki, hərəkət iştirakçiları barədə görülən cərimələr hüquqi əsası olmadığı üçün ləğv edilməlidir. Çünki bu maddə ilə Baş Dövlət Yol Polisinin (BDYP) cəza tədbiri görmək hüququ yalnız aprelin 13-də - Prezidentin İXM-də dəyişikliklə bağlı məlum fərmanından sonra yaranır.
Bəs bu cərimələr ləğv ediləcəkmi? Bu halda sürücülər fərdi qaydada BDYP, yoxsa məhkəmələrə müraciət etməlidirlər?
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) şöbə rəisi, polis polkovniki Vaqif Əsədov “AzPolitika.info-nun sorğusuna cavab olaraq bildirib ki, Prezidentin həmin fərmanına qədər İXM-nin sözügedən maddəsi üzrə səlahiyyətləri rayonlar üzrə dövlət yol polisi idarələrinin rəisi müavinlərinə məxsus olub.
Şöbə rəisi cərimələrin ləğv olunub-olunmayacağı barədə sualı aidiyyatı üzrə yönəltməyi tövsiyə edərək, əlavə etdi ki, karantin dövrü başa çatanadək gözləmək daha məqsəduyğundur. Qərarlardan şikayət vermə müddətinin aprelin 23-də başa çatdığını xatırlatdıqda, V.Əsədov sualı aidiyyatı üzrə yönəltməyi xahiş edib dəstəyi asdı.
Elməddin Muradlı: “Martın 19-dan etibarən DYP-nin bu maddə ilə məsuliyyətə cəlb etmə səlahiyyəti olub”
Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı “AzPolitika.info”-ya şərhində bildirib ki, martın 19-da Prezident İlham Əliyevin fərmanı ilə Daxili İşlər Nazirliyinə İXM-nin 211-ci maddəsi ilə inzibati tənbeh tədbiri seçmək səlahiyyəti verilib: “Bu tarixdən etibarən həmin maddə üzrə protokollar tərtib edilir. Sadəcə bu səlahiyyət polisin vəzifəli və səlahiyyətli şəxslərinə - bölmə və şöbə rəislərinə, idarə rəislərinə və onların müavinlərinə verilib. Yəni protokollarla bağlı qərar vermək onların səlahiyyətində idi. Amma aprelin 13-dən etibarən yol polisinə də bu xətalarla bağlı bağlı qərar qəbul etmək səlahiyyəti verilib. Sadəcə martın 19-dan etibarən onların yazdığı protokollar qərarsız idi. Qərarı yuxarı rəis heyəti verə bilirdi. Artıq yolda xidmət aparan YPX əməkdaşı da həm protokol tərtib etmək, həm də qərar vermək səlahiyyətinə malikdir”.
Ekspert vurğulayıb ki, beləliklə burada hansısa xitam veriləcək cərimə yoxdur: “Belə xitam veriləsi cərimələr olarsa, ancaq vətəndaşların fərdi müraciəti əsasında baş verə bilər. Yəni hansısa vətəndaş müraciət edə bilər ki, məsələn, avtomobildə xəstə aparıb, yaxud yas yerinə tələsik getdiyi üçün icazəsiz çıxıb və s. halları sübut edərsə, əlbəttə polis onu nəzərə alıb cəriməyə xitam verə bilər. Amma bu o demək deyil ki, xitama gedən bir cərimə başqa cərimələrə də şamil oluna bilər. Hər cərimənin öz səbəbi var və kütləvi ləğvetmə üçün əsas deyil”.
Hafiz Həsənov: “DYP-yə səlahiyyət aprelin 13-də verilib, bu taricə qədərki cərimələr əsassızdır”
Hüquqşünas Hafiz Həsənov isə “AzPolitika.info”ya deyib ki, martın 19-da Prezident tərəfindən DİN-ə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə səlahiyyət verilərkən həmin qurumlar arasında Dövlət Yol Polisinin adı olmayıb. Ona görə də aprelin 13-ə qədər DYP əməkdaşlarının nə protokol yazmaq, nə də qərar vermək hüququ olmayıb. Belə bir hüquq yalnız həmin tarixdən sonra bu quruma verilib.
Hüquqşünasın sözlərinə görə, 13.04.2020-ci ilədək İXM-nin 211-ci maddəsi ilə Dövlət Yol Polisi tərəfindən tərtib edilmiş inzibati xəta barədə qərardan barəsində inzibati xəta üzrə qərar qəbul edilmiş şəxs bu barədə qərarı rəsmi qaydada aldıqdan sonra 10 gün müddətində yuxarı inzibati orqana (indiki halda DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə) və ya yerli məhkəməyə (şəxsin olduğu yerin məhkəməsinə) şikayət edə bilər: “Lakin 10 günlük müddət ötürüldüyündən məhkəmələr bu cür şikayətləri icraata götürməyə bilərlər. Hesab edirəm ki, indiki halda barəsində 211-ci maddə üzrə DYP tərəfindən inzibati xəta üzrə qərar tərtib edilmiş hər bir şəxs DYP-yə bu maddə ilə inzibati məsuliyyətə cəlb etmə səlahiyyətinin 13.04.2020-ci il tarixdən verildiyini əsas gətirərək DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə şikayət verə bilərlər”.
Hafiz Həsənov bu cür şikayət vermək istəyənlər olarsa, şikayətlərin hazırlanmasına hüquqi dəstək verə biləcəklərini vurğulayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-04-2020, 18:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:21-04-2020, 18:05
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16