reklam
Regionxeberlericom.az » Cəmiyyət » Hərbi formanı geyinən bu şəxsləri 3 il həbs gözləyir

reklam

Hərbi formanı geyinən bu şəxsləri 3 il həbs gözləyir


Ölkədə karantin rejimi tətbiq olunandan sonra insanlar sərbəstlik əldə etmək və öz istəyini həyata keçirmək üçün müxtəlif üsullara əl atırlar. Əvvəllər meediada xüsusi geyim formasından istifadə olunaraq, dələduzluq edilməsi barədə məlumatlara rat gəlirdik. Artıq həmin üsuldan istifadə edərək karantin qaydalarının pozulmasına da rast gəldik. Bu həftənin əvvəli hərbi forma geyinərək karantin qaydalarını pozan şəxs haqqında məlumat da verilib.

Görəsən, dövlətə məxsus xüsusi geyim formalarından istifadə edilməsi cinayət məsuliyyətinə səbəb olur? İnsanlar həmin uniformaları əldə edə bilərmi?
Bu haqda Lent.az-a danışan “Müvəkkil” Hüquq Mərkəzinin sədri Səməd Vəkilovun sözlərinə görə, hərbi formanı geyinib özünü həqiqətə uyğun olmayaraq, vəzifəli şəxs kimi təqdim etmək cinayət sayılır: “Tam formanı geyinmək və özünü həmin formaya uyğun təqdim etmək cinayət sayılır. Hər kəs istədiyi formanı geyinib gəzə bilməz. Sonuncu dəfə sərhəd qoşunlarının generalları istefaya göndəriləndə cənab Prezident onlara hərbi formada gəzmək səlahiyyəti verdi. Bu mənada hərbi formanın müəyyən elementlerini daşımaq qanunla qadağan deyil. Amma qeyd etdiyim kimi, özünü bu formada vəzifəli şəxs kimi təqdim etmək cinayətdir. Cinayət Məcəlləsinin 310-cu maddəsinə görə, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə - 1500 manatdan 3000 manatadək miqdarda cərimələnir. Həmin şəxslər həmçinin 240 saatdan 400 saatadək müddətə ictimai işlər, 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.


Paylaş:


Müəllif : Tarix:
22-04-2020, 18:09
Sikayət   


loading...
Загрузка...