Koronavirusa görə orucdan imtina etmək olar? - Hacı Şahin DANIŞIR
Aprelin 25-də müsəlman aləmində müqəddəs aylardan sayılan Ramazan ayı başlayır. "Qurani-kərim"-in nazil olduğu bu ayda insanlar oruc tutur və Yaradandan günahlarının bağışlanmasını diləyərlər. Məlumdur ki, hazırda dünya koronavirus pandemiyası ilə bağlı çətin bir dövrdən keçir. Bu dövr ərzində sağlamlığın qayğısına qalmaq vacibdir. Pandemiya dövründə oruc tutmaq, ya tutmamaq sualı da ortaya çıxa bilir. Ümumiyyətlə, tarixdə hansısa epidemiyalar olan vaxt oruc tutmamaq təcrübəsi olubmu?
Lent.az -ın mövzu ilə bağlı sualını din xadimi, “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri, Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi Hacı Şahin Həsənli cavablandırıb. O bildirib ki,
hansısa bir epidemiya dövründə oruc tutulmaması kimi təcrübə yoxdur:
"Hazırda mövcud olan koronavirus pandemiyası da oruc tutmamağa əsas vermir. Sadəcə olaraq xəstəliyə yoluxmuş insanlar oruc tutmamalıdır. Təbii ki, xəstələrlə təmasda olan insanlar var. Həmin insanlar, eləcə də oruc tutacaqları halda immun sistemlərinin zəifləmə və virusa yoluxma ehtimalı olanlar oruc tutmaya bilər. Amma ondan başqa digər insanların ümumilikdə ev şəraitində oruc tutması mümkündür. Yəni xəstəlik bütün insanların orucdan imtinasına əsas vermir".
Ş.Həsənli hesab edir ki, xüsusi risk qrupuna aid olanlar, xəstələrlə təmasda olanlar həkimlə məsləhətləşə bilər və yoluxma ehtimalı yaranırsa, həmin insanlar orucu tutmaya bilərlər.
Paylaş:
Müəllif : Yazar
Tarix:23-04-2020, 15:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:23-04-2020, 15:44
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:40
Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Dünən, 22:34
Bayden Trampı “erməni təxribatı” ilə vurur: Ermənistan isə Rusiyaya sanksiya tətbiq edəcək
Dünən, 11:12
Suraxanı Hərbi Komissarlığı sağlam olmayan uşaqdan niyə əl çəkmir? - Valideyni Prezidentə və Xidmət rəisinə üz tutdu
Dünən, 08:46
ADNSU ilə “Ixun Lasertechnik” arasında bağlanmış satınalma müqaviləsində nələrə göz yumulub
13-01-2025, 10:33
Naxçıvanda güzəştli kreditlərin əksəriyyəti yüksək vəzifəli məmurların nəzarətində olan müəssisələrə verilir- İTTİHAM
13-01-2025, 08:32