Azərbaycanda kilosu 1000 dollara ət almaq istəyənlər gözləməli olacaq: - Virus işləri “vurub”
Xəbər verdiyimiz kimi, əsasən Yaponiyada saxlanılan, dünysnın ən bahalı ətinə malik olan "Vaqiu" cinsi heyvanlardan Azərbaycana da gətirilib
Ətinin kilosu 1000 dollardan satılan və bazarda “mərmər ət” adı ilə tanınan bu heyvanlardan hələlik ölkəmizə ancaq iki baş gətirilib. Lakin biri dişi, digəri isə erkək olan bu heyvanların ölkəmizə kəsilmək üçün deyil, nəslinin artırılması məqsədilə gətirildiyi bldirilir. Yəni Azərbaycana ilkin təcrübə məqsədi ilə gətirilən bu heyvanların birindən toxum almaq, digərini isə mayalandırıb bala almaq nəzərdə tutulub. Lakin yeni növ koronavirusun “gözlənilməz qonaq” kimi özünü ortaya atması bu işə mane olub. Beləliklə, menyusuna 1000 dollarlıq ət daxil etmək istəyənlər gözləməli olacaqlar.
Cebhe.info-ya özəl açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Toxum Fondunun Respublika Süni Mayalandırma Mərkəzinin direktoru Ramiq Abbasov yeni növ koronavirusun cins heyvanları artırma işinə də mane olduğunu deyib:
“Mart ayının 1-dən “Gilan Holdinq” 2 baş “Vaqiu” cinsindən olan heyvan gətirib. Bildiyiniz kimi, onlardan biri dişi, digəri isə erkəkdir. Biz Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda bu cinsləri artırmaq üçün erkək olandan toxum alıb mayalandırma prosesini həyata keçirmək istəyirdik. Məqsəd həmin heyvanları ölkəmizdə çoxaltmaq təcrübəsini sənaqdan keçirmək idi. Lakin koronavirusun ortaya çıxması ilə hər şey dayandı. Hələlik heç bir şey edə bilmirik. Bu heyvanları artırmağı sınaqdan keçirməliyik. Əgər baş tutarsa, sözügedən heyvanlardan yenə gətirmək planlaşdırılır ki, ölkəmizdə də bu cinslərdən olsun”.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-04-2020, 09:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-04-2020, 09:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:26
“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 11:24
ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 11:20
Sabunçuda sakinlərin öz hesablarına təmir etdikləri yolu SOCAR bərbad hala saldı - ETİRAZ / FOTOLAR
Bu gün, 08:32
COP29 günlərində Bakıda “yaşıl soyqırım” - Nərimanov sakinləri icra hakimiyyətini və tikinti şirkətini ittiham edirlər
Dünən, 11:58
Azərbaycan səhiyyəsinin “ölüm korpusu”, “təhlükəli üçlük” və qazinin ölümlə çarpışan həyat yoldaşı
Dünən, 09:59
Xırdalanın “pulgir yolları” – Abdin Fərzəliyev hər il şübhəli şirkətlərə yol təmir etdirir
Dünən, 09:36
Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var
Dünən, 08:27
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
18-11-2024, 14:55