Koronavirusun orqanizmə daxil olduğu əsas "giriş qapısı" AŞKARLANDI

Fərqli ölkələrdən olan alimlərin birgə apardığı araşdırma nəticəsində yeni növ koronavirusun bədənə daxil olduğu əsas nöqtə məlum olub.
KİV-ə istinadla xəbər verir ki, Almaniya, ABŞ, İngiltərə kimi bir neçə ölkənin birgə apardığı COVİD-19 araşdırmalarının nəticəsinə görə, burunda yerləşən "ACE2" və "TMPRSS2" adlı iki protein yeni növ koronavirusun orqanizmə daxil olduğu əsas "giriş qapısı" rolunu oynayır. Bütün viruslar orqanizmdəki digər hüceyrələrə daxil olmaq üçün məhz həmin nöqtələrdən istifadə edir. Araşdırmaçılar hər iki proteinin tərkibini və funksiyalarını öyrənmək üçün ağciyər, burun, bağırsaq, ürək, böyrək və qaraciyər hüceyrələri üzərində müşahidələr aparıb. Bütün araşdırmalar burunda yerləşən həmin proteinlərin virusların orqanizmə daxil olduğu əsas nöqtə olduğunu ortaya qoyub. Araşdırmanın nəticələri məşhur "Nature Medicine" adlı elmi jurnalda yayımlanıb. Qeyd edək ki, araşdırmaya Almaniyadan "Max Delbrück" tibb mərkəzi, İngiltərədən "Wellcome Sanger" İnstitutu, ABŞ-dan "HumanCellAtlasLung BiologicalNetwork" araşdırma mərkəzi, Fransadan "Cote d'Azur" Universiteti, Niderlanddan "Groningen" Universitetindən olan mütəxəssislərin cəlb edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:24-04-2020, 18:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:24-04-2020, 18:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:52
Bu gün, 12:39
Dünən, 13:07

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB

Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:- Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -TƏFƏRRÜAT