Rusiya pasport paylayacaq – Putin vətəndaşlığı asanlaşdıran qanunu imzaladı
Rusiya prezidenti Vladimir Putin Rusiya vətəndaşlığının alınmasının asanlaşdırılması haqqında qanunu imzalayıb. Hüquqi sənədlər portalında dərc olunmuş qanun layihəsinə görə bundan sonra əcnəbilərdən Rusiya pasportunu almaları üçün öz ölkələrinin vətəndaşlığından çıxmaları tələb edilməyəcək.
Qanunda söhbətin Moldova, Ukrayna, Belarus və Qazaxıstan vətəndaşlarından getdiyi göstərilir. Bu qanunla vaxtilə sovet vətəndaşlığı olan və hazırda keçmiş müttəfiq respublikalarda yaşayan şəxslər üçün Rusiya vətəndaşlığının alınması prosesi sadələşdirilir.
İndi onlardan vətəndaşlıq müraciəti etmələri üçün Rusiyada üç il yaşamaları və rəsmi gəlir mənbəyinin göstərilməsi tələb edilməyəcək.
Beləliklə, Moldova, Ukrayna, Belarus və Qazaxıstan vətəndaşları Rusiyada oturum hüquqları olduğu halda vətəndaşlıq üçün müraciət edə bilərlər. Yeni qanuna görə Rusiya ali məktəblərinin məzunları da Rusiya vətəndaşlığı ala bilərlər. İndi onlar bunun üçün Rusiyada 3 il yox, bir il işləməli olacaqlar.
Rusiya vətəndaşları ilə nikahda olanlar üçün də Rusiya vətəndaşlığının alınması proseduru sadələşdirilir. Amma bu halda şəxsin Rusiyada yaşaması və Rusiya vətəndaşı ilə ortaq övladının olması kifayətdir.
Valideynlərindən biri Rusiya vətəndaşı olanlara da Rusiya vətəndaşlığı sadələşdirilmiş prosedurla veriləcək. Qanun üç aydan sonra qüvvəyə minəcək.
“Current Time” yazır ki, Moskva yeni miqrasiya siyasəti ilə və demoqrafik azalma prosesinin nəticələrini aradan qaldırmaq üçün ölkəyə 5-10 milyon nəfərin cəlb edilməsinə çalışır.
Lakin Putin bundan əvvəl Ukraynanın separatçı bölgələrində yaşayan Ukrayna vətəndaşlarına Rusiya vətəndaşlığının sadələşdirilmiş qaydada verilməsinə dair qanun imzalamışdı. Ukrayna bunu Rusiyanın onun daxili işlərinə qarışması kimi qiymətləndirmişdi.
Bəzi şərhçilər deyirlər ki, Rusiyanın yeni qanundan məqsədi keçmiş sovet respublikalarının daxili işlərinə daha fəal müdaxilə etmək imkanı əldə etməkdir. (azadliq.org)
Paylaş:
Müəllif : Fuad
Tarix:25-04-2020, 12:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:25-04-2020, 12:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39