reklam
Regionxeberlericom.az » Cəmiyyət » 65 yaşdan yuxarı bütün məhkumlar əfv olunmadı - SƏBƏBLƏR

reklam

65 yaşdan yuxarı bütün məhkumlar əfv olunmadı - SƏBƏBLƏR


“Bu yaxınlarda (6 aprel 2020 tarixli) verilmiş əfv sərəncamı 65 yaşdan yuxarı bütün məhkumlara aid deyildi. Əfv sərəncamı səhhətində problemi, xüsusi qayğıya ehtiyacı olan 65 yaşdan yuxarı şəxslərə şamil edildi”.

Bunu Modern.az-a açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev bildirib.

Ə.Nuriyev qeyd edib ki, ölkə başçısının əfv sərəncamının şamil edildiyi şəxslər bütövlükdə cəzaçəkmə müəssisələrində olan 65 yaşdan yuxarı məhkumların 80 faizini təşkil edir.

Hüquqşünasın sözlərinə görə, hazırda həbsdə qalan 65 yaşdan yuxarı məhkumlar ümumi risk qrupuna daxil olsa da, xüsusi risk qrupuna daxil deyillər:

“Onlarda ya xroniki xəstəlik yoxdur, ya üçüncü şəxsin köməyindən istifadə etmir, ya cəzasının böyük hissəsi çəkilməmiş qalıb, ya da ağır cinayət törətmiş şəxslərdir”.

Qeyd edək ki, Prezident İlham Əliyev pandemiya səbəbindən bu il aprelin 6-da məhkum edilmiş şəxslərin əfv olunması barədə sərəncam imzalayıb. Sərəncamla yaşı 65-dən yuxarı olan 176 məhkum azadlığa buraxılıb.


Paylaş:


Müəllif : Tarix:
27-04-2020, 15:44
Sikayət   


loading...
Загрузка...