reklam
Regionxeberlericom.az » Cəmiyyət » “190 manatlıq yardıma həqiqətən çox ehtiyacımız var” - İmkansız ailə FƏRYAD ETDİ

reklam

“190 manatlıq yardıma həqiqətən çox ehtiyacımız var” - İmkansız ailə FƏRYAD ETDİ

Dünən sosial şəbəkələr vasitəsilə kömək istəyən bir ailə bu gün müzakirə obyektidir. Modern.az saytının əməkdaşı həmin ailəyə yollanaraq, onun durumu ilə maraqlanıb.

24 yaşlı Əli və Aytən İsayevlərin 4 uşağı var. Onlar darısqal bir evdə yaşayırlar. Bu evə Əlinin anası, bacısı və qardaşları da daxil 11 nəfər sığınıb.

“Atam vəfat etdikdən sonra ailənin bütün yükü mənim çiyinlərimdədir. Bacı və qardaşlarım yaşca məndən kiçikdirlər və çalışmırlar”,-deyə Əli İsayev ailənin ağır vəziyyətindən danışıb.

Onun sözlərinə görə, dünənki müraciətindən sonra bir neçə xeyirxah adam kiçik bağlamalarda ərzaq yardımı gətirib:

“Vəziyyətimiz pis idi, uşaqlar aclıqdan əziyyət çəkirdilər. Əvvəlcə qonşularımız kömək etdilər. Daha sonra isə sosial şəbəkə vasitəsilə xalqa müraciət etmək məcburiyyətində qaldıq”.

Əli İsayev deyir ki, koronavirus pandemiyası ilə əlaqədar ölkədə elan olunan karantin rejiminədək günəmuzd işləyib, ailəsini dolandırıb.

“Gündəlik ehtiyaclarımızı qarşılayırdım. Əlim-qolum sağlam olduğu üçün heç kimdən kömək istəmirdim. Karantin dövründə elə bir vəziyyət yarandı ki, işləyə bilmədim və ortaya belə bir acınacaqlı vəziyyət çıxdı. Körpələrin durumu bizi xalqa müraciət ünvanlamağa məcbur etdi”.

Müsahibimiz deyir ki, onun müraciətindən sonra bir taksi şirkətindən zəng vurub oturaq iş təklif ediblər, lakin hələ bu, tam dəqiqləşməyib.

Əli İsayevin sözlərinə görə, işsiz kimi dövlət tərəfindən sosial yardım alıb: “280 manat sosial yardım almışıq, 140 manat kirayəpulu ödəyirik. 50-60 manat isə kommunal xərclərə gedir. Əgər öz evimiz olsaydı, vəziyyətimiz bu qədər çətin olmazdı. Yəni kirayəyə xərclədiyimiz pulla digər maddi ehtiyaclarımızı qarşılayardıq”.

Ailənin 5 ildir kənd Əhmədlidə kirayə qaldığı ev rütubət və nəmişlik qoxuyur.

“Qızım nəmişlik şəraitində qaldığı və sağlam qidalanmadığı üçün pnevmaniyaya yoluxmuşdu. Çox şükürlər olsun ki, indi yaxşıdır.
Övladlarımın biri birinci, digəri isə ikinci sinifdə oxuyur. O biriləri azyaşlıdırlar.
Həyat yoldaşımın da səhhəti işləməyə yol vermir. Ürəktutmaları var”.

Əli İsayevin arzusu daimi bir iş yerinin olmasıdır ki, evinə aylıq qazancı gətirə bilsin.

“Daimi bir işim olsaydı hər gün başqa-başqa işlər dalınca qaçmazdlm. Dövlətimizə təşəkkür edirik ki, bizə aylıq sosial müavinət verir, lakin ailədə heç kim işləmədiyi və kirayədə qaldığımız üçün o bizə yetmir. Aidiyyəti qurumlardan xahiş edirik ki, 190 manat birdəfəlik ödəmə almağımızda yardım göstərsinlər. Ona həqiqətən çox böyük ehtiyacımız var.
Qardaşımı bu çağırışda əsgər gedəcək. Allahın izniylə üç oğlumu sağlam böyüdüb vətənə xidmətə göndərmək mənim ən böyük arzumdur”.





Paylaş:


Müəllif : Tarix:
28-04-2020, 09:09
Sikayət   


loading...
Загрузка...