Fəhlə işləyən Azərbaycan çempionuna məşqçi olması üçün yardım ediləcək - FOTO
"Kəpəz" PFK fəhlə işləyən futbol üzrə Azərbaycan çempionu, ən çox qol vuran futbolçu (bombardir) olmuş Rövşən Əhmədova məşqçi işləməsi üçün yardım edəcək.
regionxeberlericom.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev bildirib.
Belə ki, Gəncə klubu Rövşən Əhmədovun AFFA-nın C kateqoriyalı məşqçi kurslarına qatıla bilməsi üçün tələb olunan maliyyə ödənişini öz üzərinə götürüb. Qurum tərəfindən müvafiq kateqoriya üçün sənəd qəbulu başlayarkən sabiq futbolçunun kursa yazılması təşkil ediləcək.
Qeyd edək ki, son günlər "Kəpəz" klubu tərəfindən ona edilən maddi yardım zamanı şəklinin çəkilməsi ictimaiyyətdə müzakirələrə səbəb olub. O, "Qafqazinfo"ya açıqlamasında rəsmi olaraq heç yerdə işləmədiyini, fəhlə kimi çalışdığını bildirib.
Xatırladaq ki, Rövşən Əhmədov 1993/94 mövsümündə Tovuzun "Turan", 1994/95 və 1997/98 mövsümlərində Gəncənin "Kəpəz" klubları ilə ölkə çempionu olub. O, 1995/96 mövsümündə çempion ola bilməsə də, həmin vaxt Fazil Pərvərovla birgə 23 qolla şərikli bombardir adına yiyələnib.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-04-2020, 16:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-04-2020, 16:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:40
Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Dünən, 22:34
Bayden Trampı “erməni təxribatı” ilə vurur: Ermənistan isə Rusiyaya sanksiya tətbiq edəcək
Dünən, 11:12
Suraxanı Hərbi Komissarlığı sağlam olmayan uşaqdan niyə əl çəkmir? - Valideyni Prezidentə və Xidmət rəisinə üz tutdu
Dünən, 08:46