“İcra başçıları cibini doldurmaqla məşğuldur” – Müğənni Günel Ələkbərova
Dünyanı cənginə alan koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə karantin rejiminin vaxtı may ayının 31-dək uzadılıb. Karantin rejiminin elan olunması bir çox peşə sahibləri kimi sənət adamlarını da evə “həbs edib”.
Karantin müddətində evdə olan yaradıcı adamların vəziyyəti, ovqatı, gördükləri işlərlə bağlı silsilə müsahibələr təqdim edirik.Budəfəki qonağımız "Pişik" Günel adı ilə məşhurlaşan müğənni Günel Ələkbərovadır.
- Günel xanım, karantin günlərini necə keçirirsiniz? Həmkarlarınız darıxdıqlarını deyirlər. Yəqin sizin üçün də asan deyil...
- Yox, deməzdim ki, sıxılıram. Qızımla vaxt keçirirəm, ev işləri ilə məşğul oluram, bişir-düşür də edirəm, evdəkilərə qulluq da.
- Karantin müddətində davam edən canlı proqramlara gedirsiniz?
- Verilişlərə dəvət alıram, amma getmirəm. Çünki karantin bitənə qədər ümumiyyətlə evdən çıxmağı düşünmürəm. Karantin bitsin, sonrasına baxarıq. Düzdür, karantin rejimi başlayandan bəri iki dəfə evdən çıxmışam, amma onda da məcbur olub çıxmışam, marketə getmişəm. Başqa vaxt evdən çıxmamışam.
- Karantin günlərində qonaq qəbul etmisiniz? Ya da zöünüz qonaq getmisiniz?
- Bu yaxınlarda rəfiqəmgilə getmişdim, amma adam az idi, cəmi üç-dörd nəfər bir yerə yığışmışdıq. Mən ümumiyyətlə, bu ərəfələrdə çox adamın yığışdığı məclislərə getmirəm. Bir ara lap sərt rejim yaratmışdım, hətta öz qohumlarıma belə icazə vermirdim gəlməyə. Çünki bizim ev uşaqlı evdir, olmaz. Hamını çox istəyirik, amma özümüzü hamıdan çox istəyirik. Maksimum çalışırıq ki, özümüzü və yaxınlarımızı qoruyaq.
- Bildiyiniz kimi, virus üzündən işsiz qalan aztəminatlı ailələrə sənət adamları tərəfindən yardımlar edilir. Lakin yardım kampaniyasına qoşulan sənət adamlarına münasibət birmənalı deyil. Məşhurları bu çətin günlərdə özlərini reklam etməkdə günahlandıranlar var. Siz nə düşünürsünüz?
- Əslində, mən edilən yardımların çəkilib paylaşılmasına pis baxmıram. Kimlər ki, kasıblara kömək edir, Allah onların canını sağ etsin. Yəni burada pis heç nə görmürəm, bu görkdür. Bilmirəm kimlər bunu reklam xatirinə, kimlər səmimi qəlbdən edir, bunu yalnız Allah bilir. Əsas odur ki, nə isə etsinlər, reklam xatirinə də olsa. Əsas odur ki, bu yardımdan kimsə faydalanır, hansısa ac qalan körpənin qarnı doyur. Çəkib paylaşanlara pis baxmıram, amma mən özüm heç vaxt çəkib paylaşmıram. İki toyuq, makaron, şəkər tozu aparıb niyə çəkim ki? Yardım apardığınız ailədə olan kişi zatən öz ailəsinin yanında başıaşağıdır, niyə bir də mən çəkib həmin şəxsi utandırım? Kiməsə üç günlük yemək aparıram deyə, niyə çəkim, bəlkə o adam qohum-əqrəbasına bildirmək istəmir ki, onun vəziyyəti pisdir?
- Bəs Günel Ələkbərova özü kiməsə yardım edirmi?
- Əlbəttə, mən də imkan daxilində köməklik edirəm. Demirəm ki, bütün günü maşınlarla daşıyıb, minlərlə ailəyə yardım aparıram, amma öz imkanım daxilində yardımlar edirəm, öz tikəmi başqaları ilə bölüşürəm. Bu, öncəliklə mənim insanlıq, ikinci də vətəndaşlıq borcumdur. Bu insanın öz içindən gələn bir şeydir. Gərək bu tip yardımlara hamı qoşulsun. Sənət adamları öz içindən gəlir deyə bu yardımları edirlər. Belə baxanda heç kimin heç kimə borcu yoxdur. Məsələn, mən müğənniyəm, mənə pul göydən düşmür ki, mən də əziyyət çəkirəm. Hazırlaşıram, gedirəm kiminsə məclisində oxuyuram, o məclisdə beş nəfər məndən artıqdırsa, on nəfər məndən əksikdir, amma mən məcbur onların qabağında oxuyuram ki, çörəkpulu qazanım. Təkcə məndə yox, hamıda eyni vəziyyətdir. Yəni hamı əziyyət çəkir. Karantində çətin vəziyyətə düşən günəmuzd işləyənlər var, hansı ki, sürücü, ofisiant, fəhlə işləyirdilər.
Elə biz də onlar kimiyik, hazırda toylar, məclislər yoxdur, elə biz də fəhləyik də. Çoxu elə fikirləşir ki, bizim imkanımız çoxdur. Biz dünya ulduzları kimi deyilik. Azərbaycanda hansı imkanlı müğənni olur-olsun, o, mütləq toyda da oxuyur, hansısa şou proqrama da gedir. Hamımız əziyyətlə pul qazanırıq. O ki qaldı nə isə etməyə, onu biz insanlıq naminə edirik. Həyat bir bumeranqdır, biz bilmirik sabah başımıza nə gələcək, sabah biz də bir sıxıntı çəkdikdə etdiyimiz o yaxşılıqlar mütləq qarşımıza çıxacaq. Çünki etdiyi pisliklər də, yaxşılıqlar da insanın özünə qayıdır. Bilirsiniz, düşünürəm ki, yaxşılığı da edəndə gözəl etmək lazımdır, kiməsə nə isə edəndə aqressiv, qışqır-bağırla etmək lazım deyil. Bizim apardığımız yardım nədir ki, üç-beş gün həmin şəxs onunla dolanacaq, belə etməyin nə mənası var. Həm də o kasıb karantinə görə kasıb deyil ki, karantin olub deyə o vəziyyətdə yaşamır, illərlə insanlar o cür əziyyət çəkirlər, yaşamırlar, sürünürlər, Allah köməkləri olsun.
Sanki icra başçıları yoxsul adamları görmürlər, onlar haqda düşünmürlər, ancaq işıq puluna, qaz puluna görə gəlirlər. Bir baxın ətrafa, görün ki, sizin ərazinizdə səfil vəziyyətdə yaşayan insanlar var. Onlara yardım edilməlidir, bəs icra hakimiyyəti nə üçündür? Hamısı cibini doldumaqla məşğuldur, gözünüzü açın ərazinizdə yaşayanlara baxın, onlar sürünürlər axı! Ən azından kiçik şeylərdə yardım edin. Sağolsun, bəzi məşhurlarımız sayəsində onlara yardım edilir.
Vallah kanalizasiyanın üstündə yaşayan insanlar görürəm, evlərində heç nəyi olmayan ailələr tanıyıram. Bunlar karantindən sonra olmayıb ki, karantindən əvvəl də var idi. Hamı fikirləşir ki, elə bu müğənnidir, etməlidir vəssalam. Xeyr, elə bir şey yoxdur. Hər dəfə belə bir fikir deyirlər ki, “sən xalqın sayəsində müğənnisən”. Yox, belə deyil, öz əziyyətimizlə müğənniyik, xalq bizi çağırıb otuzdurub, cibimizə pul qoymur ki. Elə müğənnilər var ki, saat 6-dan gedir, gecə 1-ə qədər əziyyət çəkir, toy aparır. Məclisdə içkilisi var, başdanxarabı, anormalı var, o gəlir bir söz deyir, bu biri bir söz. Xalq mənim cibimə elə-belə pul qoymur, çağırır tədbirinə, mən də gedib zəhmət çəkib, pulumu qazanıram!
Ona görə çıxıb heç kim, heç kimi ittiham edə bilməz. Edilən köməklik insanın öz içindən gəlməlidir, kim ki süni edir, yalandan özünü göstərir o onsuz da qıraqdan görsənir. Amma əsas odur ki, süni də olsa, nələrsə edirlər. Mən daha çox körpə, xəstə uşaqlara yardım edilməsinin tərəfdarıyam. Çünki hər kəs quru çörək də olsa, tapıb yeyə bilir. Amma xəstə uşaqların sağlamlığı vacibdir, onlar bizim gələcəyimizdir. Ona görə daha çox xəstə uşaqlara üstünlük verirəm, sosial şəbəkələrdə də belə uşaqları paylaşıram, dostlarıma müraciət edirəm.
Məncə, ərzaq yardımı aparıb ailənin üzvlərini sıraya düzüb videoya çəkmək düzgün bir şey deyil. Ailədə yaşayan insan bəlkə məndən artıqdır, niyə mən onu alçaltmalıyam? Ölkədə hamını normal işlə təmin etmək olsa, hamının əli, ayağı üstündədir, gedib işləyər.
- Səhnədən, sənətdən uzaq düşən Günel xanım səhnə üçün darıxırmı?
- Yox, vallah, heç darıxmıram. Verilişlərə də çağırırlar, qorxumdan getmirəm. Qoy elə evdə oturum. Bu xəstəlik elə gəldi ki… Sağ olsun, ölkə başçımız vaxtında karantin elan etdi, yoluxanların, ölənlərin sayı çox olmadı. Bu xəstəliyə yoluxub ölməkdənsə, bir müddət evdə oturmaq olar. Hamımız sıxıntılı vəziyyətlər yaşamışıq, biz də evdə makaron qaynadıb yemişik, hər gün ət, kabab yemirik, bu normaldır, insanlıq halıdır. Səbrli olaq, hər şey yaxşı olacaq.
Biz son vaxtlar qəribə olmuşuq. Artıq yaxşılığı da edəndə elə bil kiməsə nəyisə sübut etməyə, kiməsə acıq verməyə çalışırıq. “Bax, mən bunu etdim, sən haradasan?!” deyirik. Bizim bir düşmənizim var, o da erməni, özümüz özümüzü niyə qırıb tökürük ki? Hamısı paxıllıqdan irəli gəlir. Allah hamıya qismət etsin. Mən sosial şəbəkələrdə görürəm, yardım edirlər, qışqıra-qışqıra, boğazlarının damarları çıxır. Ay balam, nə məcburdur qışqıra-qışqıra edirsən, səni məcbur edən var? Hər gün sosial şəbəkələrdə məcburam mən kiminsə qışqırmağını, həyasızlığını görüm? Yaxşılığı edirsən, sakitcə et. Bunu özün üçün edirsən də qaraçılıq etməyin nə mənası var? Ayıbdır axı.
Bu kadrlara başqaları da baxır, niyə başqa yerlərdə bizim mədəniyyət işçilərimizi, aparıcılarımızı qaraçı, həyasız kimi tanımalıdırlar? Bir az özümüzə gələk, bu nədir? Belə şeylər insanları panikaya salır, onsuz da bu ərəfələrdə insanların əsəbləri gərgindir. Açırsan “İnstagram”ı görürsən, qışqırıb, ağlayırlar? Nə olub? Başqa dərdin yoxdur sənin? Edə bilirsənsə et, edə bilmirsənsə nə ağlaşma qurursan? Elə bil müharibədir. Vallah, 20 faiz torpaq işğal altındadır, heç özlərini belə cırıb, dağıtmırlar.
Paylaş:
Müəllif : Fuad
Tarix:2-05-2020, 10:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:2-05-2020, 10:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29