Həbsdə olan vəzifəli şəxs “Bandotdel”ın müstəntiqindən şikayət etdi

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin keçmiş direktoru Anar Rəsulov onun cinayət işini araşdıran Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqindən Nərimanov Rayon Məhkəməsinə şikayət edib.
Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə həsbdə olan A.Rəsulovun şikayətinə may ayının 4-də hakim Hafiz Kamranovun sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin keçmiş direktoru Anar Rəsulov ötən ilin dekabr ayında həbs edilib. Rəsulov Anar Ələkbər oğlu 2016-2018-ci illərdə NİİM-in şöbə müdiri, 2018-ci ilin mayından sentyabr ayına qədər direktor müavini, həmin vaxtdan 2019-cu ilin aprelinə kimi direktor vəzifəsində işləyib. A.Rəsulov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xüsusilə külli miqdarda dələduzluqla ittiham edilərək saxlanılıb.
Sabiq direktor barəsində 2019-cu il dekabr ayının 7-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. A.Rəsulov bir qrup şəxslə əlbir olaraq BNA-nın işçisi Fuad İsmayılovun əmlakına və NİİM-in təsis paylarına qarşı dələduzluq etməkdə ittiham olunur.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-05-2020, 11:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:3-05-2020, 11:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 13:07
20-02-2025, 14:36
20-02-2025, 10:45

Vətəndaş asfalt yolun ortasına düzülən beton maneələrin düzgün yerləşdirilmədiyni deyir - VİDEO

Vüqar Sədibəyli Abşeronun “göbəyində” qanuna meydan oxuyur: Yüzlərlə ailə ayağa qalxdı…