Keçmiş məktəb direktoru dələduzluqda ittiham olunur - Hakimin yaxın qohumudur
Xətai rayonunda yerləşən 171 saylı orta məktəbin keçmiş direktoru Murquzova İradə Məmmədəli qızı barədə dələduzluq maddəsi ilə cinayət işi başlanıb.
İ.Murquzova 4 nəfərin - Bədəlov Mayıl Abdurəhman oğlu, Əhmədova Xədicə Səməd qızı, Vəliyev Fərid Elmar oğlu və Allahverdiyev Elçin Hüseynqulu oğlunun xeyli miqdarda pulunu almaqda təqsirli bilinir. Cinayət işi baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib və hakim Samir Məmmədovun icraatına verilib.
Qeyd edək ki, İ.Murquzova 2014-cü ildə məktəb direktoru kimi tutduğu vəzifədən azad olunub. Belə ki, Bakı şəhəri 171 nömrəli tam orta məktəbin direktoru Murquzova İradə Məmmədəli qızı “Təhsil haqqında” Azərbaycan Respublikası Qanuna, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnamısi”nə və təhsilin idarə olunması üzrə digər normativ hüquqi sənədlərə zidd olaraq məktəbdə müxtəlif banklar, güzəştli kreditlər, faiz dərəcələri və s. barədə təbliğat aparılmasına şərait yaranıb.
Eyni zamanda o, qulluq mövqeyindən sui-istifadə edərək rəhbərlik etdiyi təhsil müəssisəsində musiqi müəlllimi işləyən Kifayət Rzayevanın adına “Bank of Baku”dan 4000 (dörd min) manat kredit götürüb, həmin kreditin vaxtlı-vaxtında qaytarılmasına vəd verib, lakin məsuliyyətsizlik edərək ödəniş aparmayıb, nəticədə K.Rzayevaya qarşı məhkəmədə iddia qaldırılıb, bununla da müəllimin adına və nüfuzuna, eləcə də təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirib.
Murquzova İradə Məmmədəli qızı işində buraxdığı nöqsanlar nəticəsində təhsil müəssisəsinin qanuni mənafeyinə ciddi xələl gətirdiyinə, əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə fuksiyaların yerinə yetirmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi 10 sentyabr 2014-cü il tarixindən ləğv edilib`.
Bundan sonra İradə Murquzova məktəb müəllimi Mədinə Tağıyevanı təhqir etdiyi üçün qarşı tərəf onun barəsində Xətai Rayon Məhkəməsinə şərəf və ləyaqətinin təhqir olunması ilə bağlı şikayət edib. Hakim Fuad Məmmədovun sədrliyi ilə baxılan məhkəmə prosesində İ.Murquzova barəsində 2500 manat təzminat və şikayət edəndən üzr istənilməsi ilə bağlı hökm çıxarılıb.
Həmçinin Binəqədi Rayon Məhkəməsində İradə Murquzovanın başqa bir şəxsə - Əhmədov Zakir Heydər oğluna borclu olması barədə qətnamə çıxıb.
2017-ci ildə isə İradə Murquzova özü dələduzluq əməli ilə üzləşib. Belə ki, İradə Murquzova 2013-cü il noyabrın 1-də 90 min manat pul ödəməklə "Risk" tikinti şirkətindən mənzil alıb. Şirkətin Bakının Əhmədli qəsəbəsi General Şıxlinski küçəsi 2942 B, 5 ünvanındakı 3 otaqlı mənzilə daha sonra 17 min manat da xərcləyərək təmir ediblər, lakin köçüb yaşamayıblar. Amma 2017-ci ilin avqustunda məlum olub ki, şirkət həmin mənzili başqa şəxsə satıb.
Qeyd edək ki, İradə Murquzova müəyyən instansiyalar qarşısında özünü Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun qohumu kimi təqdim edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-05-2020, 15:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:3-05-2020, 15:12
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:58
Azərbaycan səhiyyəsinin “ölüm korpusu”, “təhlükəli üçlük” və qazinin ölümlə çarpışan həyat yoldaşı
Bu gün, 09:59
Xırdalanın “pulgir yolları” – Abdin Fərzəliyev hər il şübhəli şirkətlərə yol təmir etdirir
Bu gün, 09:36
Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var
Bu gün, 08:27
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 12:32