reklam
Regionxeberlericom.az » Cəmiyyət » Gecə 15-17° isti, gündüz 21-26° isti olacaq - Belə deyirlər...

reklam

Gecə 15-17° isti, gündüz 21-26° isti olacaq - Belə deyirlər...


Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə mayın 05-də

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,

əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq.

Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 15-17° isti, gündüz 21-26° isti olacaq.

Bakıda gecə 15-17° isti, gündüz 23-25° isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Mayın 05-də Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 26-31° isti, dağlarda gecə 5-10° isti, gündüz 14-19° isti olacaq.


Paylaş:


Müəllif : Tarix:
4-05-2020, 12:58
Sikayət   


loading...
Загрузка...