Karantin qaydaları yumşaldı, marketlərdə araq üstə dava düşdü
Hindistanın koronavirusla mübarizə çərçivəsində tətbiq edilən qadağaları yumşaltması nəticəsində insanlar küçələrə axın edib.
Minlərlə insan alkoqol satan satıcıların qarşısında uzun növbə yaradıb və heç kim sosial məsafə qaydasına məhəl qoymayıb. 40 gündür alkoqol ala bilməyən hindlilər arasında tez-tez dava düşüb. Nəticədə dəyənək və çubuqla mübahisələri sonlandırmağa çalışan təhlükəsizlik qüvvələri çoxlu sayda insanı nəzarətə götürüb.
Qeyd edək ki, dünyada əhalisinin sayına görə ikinci yerdə dayanan Hindistanda digər ölkələrlə müqayisədə infeksiya daşıyıcılarının sayı çox deyildi və bu sərt tədbirlərin görülməsi ilə əlaqələndirilirdi. Hindistan rəsmilərinin sözlərinə görə, bugünədək virus səbəbilə 1566 nəfər ölüb, 46 min 437 nəfər isə virusa yoluxub.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-05-2020, 11:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:5-05-2020, 11:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:58
Azərbaycan səhiyyəsinin “ölüm korpusu”, “təhlükəli üçlük” və qazinin ölümlə çarpışan həyat yoldaşı
Bu gün, 09:59
Xırdalanın “pulgir yolları” – Abdin Fərzəliyev hər il şübhəli şirkətlərə yol təmir etdirir
Bu gün, 09:36
Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var
Bu gün, 08:27
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 12:32