Ali Məhkəməyə təyinatda gənc hakimlərə üstünlük verildi - Araşdırma
Bu gün Milli Məclisdə Ali və Bakı Apelyasiya Məhkəmsəinə yeni hakimlərin təyin olunması ilə bağlı iclas keçirildi. Bəzi hakimlər aşağı, bəziləri isə yuxarı instansiya məhkəmələrinə təyinat aldılar. Bunu prezidentin ötən ilin aprel ayının 3-də Məhkəmə-hüquq sistemində islahatların aparılması ilə bağlı fərmanının davamı kimidə qiymətləndirmək olar. Görünən odur ki, Ali Məhkəməyə daha gənc hakimlər təyin edildi.
Milli Məclis sədrinin 1-ci müavini Əli Hüseynov parlamentin bugünkü iclasında çıxış edərək bildirib ki, Ali Məhkəməyə Apelyasiya instansiya məhkəmələrinin ən nüfuzlu hakimlərinin təyin olunması təklif edilib: “ Ölkədə 12 yeni məhkəmə yaradılıb. Hakim ştatlarının sayı 200 vahid artırılıb, artıq hakimlərin fasiləsiz seçilməsi təcrübəsi yaradılıb. Ali Məhkəmənin qarşısında mühüm vəzifələr qoyulub. Hazırda Ali Məhkəmədə 41 hakim ştatı mövcuddur, 9 vakant hakim ştatı yaradılıb”.
Müşahidələrimiz deməyə əsas verir ki, Ali Məhkəmədən Bakı Apellyasiya Məhkəməsinə təyin olunan hakimlər sırf yaş həddi ilə əlaqədar yerləri dəyişilib.
Siyahı:
1. 63 yaşlı Əli Səlim oğlu Seyfəliyev 33 ildir hakimdi, onun son 12 ilini Ali Məhkəmədə işləyib.
2. 66 yaşlı Vəfaddin Ələm oğlu İbayev 20 ildir hakimdi, onun 14 ilini Ali Məhkəmədə işləyib.
3. 59 yaşlı Akif Əskər oğlu İsgəndərov 25 ildir hakimdir, onun 12 ilini Ali Məhkəmədə işləyib.
Ali Məhkəməyə təyin olunan hakimlər isə Əli Hüseynovun təbirincə desək, nüfuzlu olsalar da, nə dərəcədə təcrübəli olmaları sual altındadı.
Siyahı:
1. 41 yaşlı Kəmalə Nəbi qızı Abıyeva cəmi 9 ildir hakimdir.
2. 49 yaşlı Ələsgər Əli İskəndər oğlu Novruzov 12 ildir hakimdir.
3. 39 yaşlı Zaur Əli oğlu Əliyev 7 ildir hakimdir.
4. 48 yaşlı Vuqar Təvəkkül oğlu Həsənov 12 ildir hakimdir
5. 43 yaşlı Abiddin Qabil oğlu Hüseynov 10 ildir hakimdir.
6. 53 yaşlı İsmayıl Kamil oğlu Xəlilov 13 ildir hakimdir.
7. 42 yaşlı Elşad Yaquboviç Şamayev 10 ildir hakimdir.
8. 53 yaşlı Şəfiyev İspəndiyar Əsəd oğlu 13 ildir hakimdir.
9. 49 yaşlı Abbasov Aqil Əzizağa oğlu 12 ildir hakimdir.
Yəni yaş senzini əsas götürsək Ali Məhkəməyə seçilən hakimlər əsasən 40-50 yaş arasındadır. Bunu isə ölkədə gənc kadrların daha önəmli vəzifələrə təyin edilməsi kimi də qiymətləndirmək olar. Ali Məhkəmədə hakimlərin ştat cədvəlinin 41-dən 50-ə kimi artırılması səbəbi isə hələ ki, açıqlanmır.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-05-2020, 14:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:5-05-2020, 14:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:58
Azərbaycan səhiyyəsinin “ölüm korpusu”, “təhlükəli üçlük” və qazinin ölümlə çarpışan həyat yoldaşı
Bu gün, 09:59
Xırdalanın “pulgir yolları” – Abdin Fərzəliyev hər il şübhəli şirkətlərə yol təmir etdirir
Bu gün, 09:36
Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var
Bu gün, 08:27
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 12:32
Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Dünən, 10:36