Birdəfəlik ödəmənin üzə çıxardığı həqiqətlər - GƏLİŞMƏ
Azərbaycanda koronavirus pandemiyası üzündən zərər çəkən əhaliyə dəstək məqsədilə həyata keçirilən sosial proqramlardan ən mühümü işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərə 190 manat ödəmənin verilməsini nəzərdə tutan proqramdır. İlkin mərhələdə 200 min nəfər üçün nəzərdə tutulan proqramın əhatə dairəsi ölkə prezidenti tərəfindən 600 min nəfərədək artırıldı.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, artıq 600 min aztəminatlı şəxs müəyyən olunaraq onlara aprel ayı üzrə birdəfəlik ödəmə (190 manat) həyata keçirilib: “Aprel ayı üzrə ödənişlər bank və poçt filialları vasitəsilə vətəndaşlara ödənildi. May ayı üzrə ödənişlə bağlı isə vətəndaşlar üçün bank kartları artıq sifariş verilib. Onlara banklar tərəfindən kartlarını götürmələri üçün mesaj göndərilir və kartları əldə edərək bankomatlardan may ayı üzrə vəsaitlərini alacaqlar”.
Ümumilikdə 600 min şəxsə aprel-may ayları üzrə birdəfəlik ödəmə verilməsi üçün 228 milyon manat ayrılıb ki, ondan artıq 114 milyon manatı aprel ayı üzrə həmin vətəndaşlara ödəniş edilib: “Birdəfəlik ödəmə proqramı pandemiya dövründə birbaşa o şəxslərə yönəldi ki, o insanlar işsiz və heç bir qazanca, gəlirə malik deyillər, dövlətdən hər hansı sosial ödəniş almırlar. Məqsəd ondan ibarət idi ki, ilk növbədə məhz həmin köməksiz, dəstəksiz qalmış insanlar müdafiə olunsunlar, onlara dövlət öz köməkliyini etsin. Belə də oldu”.
Qeyd edək ki, birdəfəlik ödəmə üçün müraciətlərin sayı kifayət qədər çox oldu. Bir sıra hallarda hətta imkanı ola şəxslər də müraciət etdilər. Müraciətlərin kütləviliyi fonunda imtina cavabı alan vətəndaşların narazılıqları da kifayət qədər diqqəti cəlb etdi. Bəzi vətəndaşlar torpağı, VÖEN-i, dövlətdən hər hansı bir sosial ödəniş, subsidiya almadığı halda, ona 190 manat verilməkdən imtina edildiyini bildirirlər. Bunun texniki problemlər, yaxud da rəsmi qurumların statistikasında yanlışların olması səbəbindən baş verdiyi də araşdırılmalı məsələlərdəndir...
Nazirlik isə prosesin tam şəffaf aparıldığını bildirir: “Birdəfəlik ödəmə üçün bütün müraciətlərin qəbulu, emalı və ödəmə təyin olunub-olunmamasına dair qərarların qəbulu, nəticə barədə vətəndaşların məlumatlandırılması - bütün bu proseslər elektron qaydada, tam şəffaf şəkildə aparıldı. Aprelin 7-də Nazirlər Kabineti tərəfindən müvafiq qərar təsdiq edildikdən və müraciətlərin qəbuluna başlandıqdan 2 gün sonra, aprelin 9-dan birdəfəlik ödənişlərin həyata keçirilməsinə başlandı. Bu proses demək olar ki, bir aydan az bir müddətdə yekunlaşdı və 600 min işsiz və xüsusi karantin rejiminə görə qazancını itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlı vətəndaşa ödəniş olundu”.
Nazirliyin açıqladığı statistikaya görə, birdəfəlik ödənişlə təmin olunanlardan 55 faizi kişi, 45 faizi qadınlardır, 25 faizi Bakı, 4 faizi Sumqayıt və 3 faizi Gəncə şəhərlərində yaşayanlar, 68 faizi respublikanın digər bölgələrinin sakinləridir. Həmçinin onlardan 8 faizi 20 yaşa qədər, 42 faizi 20-30 yaş arası, 25 faizi 30-40 yaş arası, 14 faizi 40-50 yaş arası, 11 faizi 50 yaşdan yuxarı olanlardır.
ƏƏSMN dünənən etibarən birdəfəlik ödəmə müraciətinə müsbət cavab verilənlərin siyahısını öz saytında yerləşdirib. Qurum təyinolunmada ədalət prinsipinə əməl etmək üçün zəruri addımların atıldığını qeyd edir: “Portala edilən müraciətlərin emalı zamanı bir çox vətəndaşların sənədləri ilə bağlı ortaya müəyyən problemlər çıxsa da, bu sahədə də vətəndaşlara dəstək göstərildi. Belə ki, şəxsiyyət vəsiqələrinin müddəti bitsə də dəyişməyənlər vardı, lakin bu sahədə güzəşt tətbiq edildi, şəxsiyyət vəsiqəsinin müddəti bitmiş şəxslər üçün xüsusi karantin rejimi dövründə müraciət imkanı yaradıldı, onların şəxsiyyət vəsiqəsinin qüvvədə olma müddəti xüsusi karantin rejiminin sonunadək uzadıldı.
Habelə bir sıra şəxslərin nikah münasibətlərində, ailə vəziyyətində dəyişiklik olsa da, bununla bağlı şəxsiyyət vəsiqələrini yeniləmədikləri məlum oldu. Onlara da güzəştlər edildi ki, müraciət edərək, müvafiq meyarlara uyğun olduqları halda bu proqramdan yararlana bilsinlər.
Telefon nömrələri öz adlarına olmayanlara da güzəşt edildi. Müraciət edərkən öz adlarına olmayan, istənilən telefon nömrəsini qeyd etməkdə sərbəstlik verildi".
İqtisadçı-ekspert Pərviz Heydərovun sözlərinə görə, birdəfəlik ödəmə dövlətin aztəminatlı təbəqələrin - işsizlərin pandemiya şəraitində sosial müdafiəsini təmin etməsi idi: “Bu, dövlətin vətəndaşlarımıza sosial qayğısının bariz nümunəsi olmaqla yanaşı, onun tətbiqi bir sıra həqiqətləri də üzə çıxardı. Hesab edirəm ki, bu, prosesin ən mühüm əhəmiyyətli tərəfidir. Belə ki, əvvəla, ölkəmizdə yaşayış minimumu həcmində vəsaitə ehtiyacı olan vətəndaşların sayı müəyyən olundu. Eyni zamanda ölkədə sosial dəstəkdən ehtiyacı olmadan yararlanmaq istəyənlərimizin sayının da az olmadığı üzə çıxdı. Yəni sözün qısası, həm müsbət, həm mənfi mənada çoxlu mətləblər üzə çıxartdı”.
Ekspert bildirir ki, 600 min nəfər 190 manat ehtiyaclısının olması heç də Azərbaycanda işsizlərin sayının bu qədər olması demək deyil: “Mən dəfələrlə açıqlamalarımda qeyd etmişəm ki, ölkədə həqiqi işsizlik səviyyəsi məlum deyil. Marta qədər rəsmi qeydiyyata alınan işsiz sayı heç 100 min nəfər də deyildi. Amma bu birdəfəlik ödəmə mexanizmi işsizlərin həqiqi səviyyəsinin bundan dəfələrlə çox olduğunu sübut etdi. Lakin yenə də real səviyyə 600 min deyil. İşsizliyi müəyyənləşdirməyin metodologiyası çox fərqlidir və 190 manat üçün müraciət edənlərin çoxu həmin metodologiyaya uyğun gəlmir. Yəni işsizlərin sayı rəsmi qeydiyyata alınandan çox, amma 600 mindən aşağıdır. Düşünürəm ki, birdəfəlik ödəmənin verilməsi prosesi zamanı üzə çıxan faktlar, həqiqətlər ciddi şəkildə araşdırılmalı və dövlətin bu təbəqəyə yönəlik sosial siyasətində yeniliklərə gətirməlidir”.
Qeyd edək ki, birdəfəlik ödəmənin verildiyi 600 min nəfəri son vaxtlar Azərbaycanda işsizlərin real sayı olaraq göstərirlər. “Azərbaycan” qəzetinə verdiyi müsahibədə məsələyə toxunan əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu əlaqələndirmənin səthi yanaşmadan irəli gələn yanlış fikir olduğunu deyib.
Nazir qeyd edib ki, birdəfəlik ödəmə proqramı təkcə işsizləri deyil, qeyri-formal çalışan və xüsusi karantin rejimi dövründə müvəqqəti olaraq qazancını itirmiş şəxsləri, vaxtamuzd çalışanları, habelə iqtisadi qeyri-fəal əhalini də əhatə etdi, bu kimi aztəminatlı şəxslərin də minimum ehtiyaclarını ödədi: “İkincisi, şəxsin məşğulluq xidməti orqanlarında işsiz kimi qeydiyyatı üçün əvvəlcə o, işaxtaran kimi qeydə alınır, bəlli bir müddət ərzində ona münasib iş təklif olunmadıqda, işsiz kimi qeydiyyata alınır. Birdəfəlik ödəmə proqramına başlanarkən həmin insanların pandemiya dövründə daha çevik şəkildə, qısa müddətdə maddi dəstəklə təmin edilmələri prinsipi üstün tutuldu. Buna görə də Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş qaydalara əsasən bu kateqoriyadan olan şəxslərin ”E-sosial" portalı üzərindən onlayn müraciətləri əsasında dərhal işsiz kimi qeydiyyata alınmasına şərait yaradıldı".
Onun sözlərinə görə, birdəfəlik ödəmə üçün müraciət edənlər sırasında işsizlərlə yanaşı, çoxsaylı məşğul şəxslər, xüsusi karantin şəraitində qazancını itirən qeyri-formal işləyən şəxslər, habelə iqtisadi qeyri-fəal şəxslər (yəni işləmək istəməyən, heç bir zaman iş axtarmayan və yalnız ev işlərini yerinə yetirən, ailə üzvlərinə qulluq edən və s.) də oldu: “Bu şəxslərin hamısının işsizlərə aid edilməsi, əlbəttə, düzgün deyil və sadə dillə desək, faktların təhrif edilməsidir. İşsizliyin səviyyəsinə gəldikdə, bu səviyyənin ölçülməsində dünyada ən mütərəqqi yanaşma kimi, Beynəlxalq Əmək Təşkilatının (BƏT) metodologiyası götürülür. Bu metodologiyaya əsasən, yalnız əmək qabiliyyətli yaşda olan o şəxslər işsiz sayılır ki, həmin şəxslərin müayinə keçirilən dövrdə qazanc (gəlir) gətirən məşğuliyyəti olmasın, son bir ayda aktiv iş axtarsın və iş təklif olunduğu andan ən geci iki həftə ərzində işə başlamağa hazır olsun. Bu zaman muzdla işləyən şəxslər, fərdi sahibkarlar (o cümlədən işəgötürən və ya sabit vergi ödəyiciləri kimi fəaliyyət göstərənlər), ev təsərrüfatlarında məşğul olanlar, mülkiyyətdən qazanc əldə edənlər, iqtisadi qeyri-fəal əhali nəzərə alınmır. İşsizlik bütün dünyada iqtisadi qeyri-fəal əhalinin deyil, iqtisadi fəal əhalinin məşğul olmayanlarını özündə ehtiva edir”.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:7-05-2020, 09:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-05-2020, 09:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16