Mehman Əliyev: “İndiki parlament problemdir, erkən seçki keçirilə bilər”
Ölkə gündəmində əsas məsələ rayonların icra hakimiyyəti başçılarının həbsidir. Bu həbslər artıq kütləvi hal almaqdadır. Vəziyyəti təhlil edən şərhçilər bu məsələdə hüquqi yox, daha çox siyasi aspektlərin ön planda olduğunu bildirirlər.
Azərbaycanda məlumatlı insanlardan biri olan "Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevlə söhbətimiz bu mövzudadır.
M.Əliyev bu həbsləri "köhnə komandanın təmizlənməsi” hesab edir və düşünür ki, yaranmış situasiya bunu zərurətə çevirmişdi:
– Həmin icra başçıları Ramiz Mehdiyev Prezident Aparatının rəhbəri olduğu dövrdə təyin edilmişdi. Bu təyinatlar əsasən onun kurasiyası ilə həyata keçirilirdi. Ola bilsin, bununla əlaqədar yeni icra başçılarından ibarət komandanın formalaşmasına ehtiyac yaranmışdı. Son dövrlər kadr siyasətində birinci vitse-prezident Mehriban Əliyevanın da aktiv iştirakını nəzərə alsaq, deyə bilərik ki, icra hakimiyyəti institutunda da ona uyğun dəyişiklik aparılır. Bir müddət əvvəl nazirlərin təyinatında da bu amil özünü göstərmişdi. Hesab edirəm ki, məsələ təkcə icra hakimiyyətləri ilə bitmir. Məsələn, Daxili İşlər Nazirliyində də problem var, o kadrlar əvvəlki nazirin vaxtında yerləşdirilmişdi. Prokurorluq orqanlarında da eyni vəziyyətdir. Hesab edirəm ki, bu orqanlarda da dəyişiklik prosesi gedəcək.
Bir müddət əvvəl yeni icra başçılarının təyinatı zamanı İlham Əliyevin onlarla görüşünü telekanallarda nümayiş etdirdilər. Bu, ilk dəfə idi. İlham Əliyev onlara deyirdi ki, xalqa yaxın olsunlar, əhali ilə işləsinlər və s. Xəbərdarlıq edirdi ki, qanun pozuntularına yol versələr, onlara qarşı ciddi tədbirlər görüləcək. Bu deyilənlər təkcə yeni təyin olunanlar üçün yox, hamı üçün idi. Fikrimcə, çoxları bundan nəticə çıxarmadı və onlara qarşı sərt addımlar atıldı.
– Sizcə, icra hakimiyyəti sistemi köhnə kardlardan təmizləndikdən sonrakı mərhələdə nə baş verəcək?
– Gələn kadrlar yeni şərtlərlə, yeni şəraitdə fəaliyyət göstərəcək. İşdən çıxarılan, həbs olunan məmurların əmlaklarını, var-dövlətlərini görürük. Bu, həm də oğurluğun, korrupsiyanın miqyasını göstərir.
– Amma o var-dövlət də bir aylıq, bir illik fəaliyyətin nəticəsi deyil…
– İlham Əliyev ötən il onlara mesaj verdi ki, oyun qaydaları dəyişir, bundan sonra fəaliyyət başqa cür olacaq. Mənə elə gəlir ki, kim nəticə çıxarmayıbsa, onları bu formada zərərsizləşdirirlər.
– Bütün bu proseslərin fonunda Azərbaycan hökumətinin Konstitusiya dəyişikliklərinə hazırlaşması, siyasi sistemi, seçki sistemini dəyişmək istəməsi barədə söz-söhbətlər var. Sizcə, realdırmı?
– Bizdə sistemli böhran var. Bu, təkcə iqtisadiyyatla bağlı deyil, idarəetmə, kadr, qərar qəbuletməyə də aiddir. Belə vəziyyətdə ciddi, real dəyişikliklərin olması vacibdir. Bu baxımdan, konstitusion dəyişikliklərin olması mümkündür. Məsələn, yeni parlamentin seçilməsi gələn ilin yazına təsadüf edə bilər. Çünki indiki parlament artıq yaranmış vəziyyətə cavab vermir. Bu, problemdir. Hakimiyyət getdikcə vətəndaş cəmiyyəti ilə, siyasi partiyalarla dialoq aparmağa məcbur olacaq. Şərait bunu tələb edir. İş adamlarıyla münasibətlərin yaranması vacibdir. Xarici investorlarla bağlı məsələ də gündəmdədir. Avropa Yenidənqurma və İnkişaf Bankı ilə artıq danışıqlar başlayıb. Yəni bütövlükdə vəziyyət onu göstərir ki, dəyişikliklər mütləqdir. Hər dəfə böhran baş verəndə "dəyişiklik olacaq” deyirik, amma eləmirik və nəticədə yeni, daha dərin böhranla üzləşirik. Ona görə, bu dəfə də real dəyişikliklər olmasa, fəsadları ağır olacaq – həm hakimiyyət, həm dövlət, həm də millət üçün.
– Deyirsiniz ki, yaranmış durum hakimiyyəti vətəndaş cəmiyyəti və müxalifətlə dialoqa məcbur edəcək. AXCP və Müsavat Partiyası istisna olmaqla, digər siyasi qüvvələrlə artıq dialoq başlandığı bildirilir. AXCP xaric, digər qüvvələrə münasibətdə yumşalma hiss olunur. Sizcə, bu da dəyişiklik planının tərkib hissəsidir?
– Bu gün real müxalifətdən danışırıqsa, bu, AXCP-dir. Müxalifəti bütövlükdə götürsək, öndə gedən, prinsipial mövqedə duran bu partiyadır. Başqaları göstərdilər ki, onlar dialoqa da, istənilən formatda danışıqlara da hazırdırlar. AXCP-nin mövqeyi daha kəskindir. Deyir ki, gündəliyi konkretləşdirin, bilək ki, nədən danışacağıq. Ona görə də AXCP-yə qarşı repressiv münasibət görürük. Deyəndə ki, başqa müxalif qüvvələrlə dialoq gedir… Onların yalnız müəyyən hissəsini müxalif saymaq olar. Amma elələri də var ki, adı müxalifdir. Özümüzü aldatmayaq, üç-dörd qurum var ki, müxalifət onlardır və onlarla da danışıq aparmaq lazımdır. Qalanlarına harada, hansı formatda danışıq təklif eləsələr, onlar onsuz da gələcəklər.
– Hər bir halda, hakimiyyət əks düşərgədən bir sıra qüvvələrlə təmasdadır, müəyyən münasibətlər qurulub. Bunun özünü də yumşalma siyasətinin tərkib hissəsi saymaq olarmı?
– Bu münasibətlər nədən ibarətdir? Bir dəfə Prezident Administrasiyasının şöbə müdiri ilə görüşmək münasibət deyil axı. Bir dəfə İlqar Məmmədov, Pənah Hüseyn və digər adamlarla görüş olub, bunun davamı varmı? Hansısa danışıq varmı? Yoxdur. Mən hələ müxalif partiyaları bir kənara qoyuram. Vətəndaş cəmiyyəti ilə, iqtisadçılarımızla dialoq varmı? Yoxdur. Hakimiyyət heç vətəndaş cəmiyyəti ilə dialoq aparmağa hazır deyil, qalmışdı müxalifət olsun.
– O zaman İlqar Məmmədov və digərləri ilə görüşə nə ehtiyac vardı?
– Burada iki məsələ var. Bir tərəfdən hakimiyyət yaranmış vəziyyətdən narahatdır, dialoq görüntüsü yaratmaq istəyir. Göstərmək istəyir ki, biz buna hazırıq. Müəyyən mənada sakitləşdirmək, ümid yaratmaq istəyir. Digər tərəfdən, Qərbə mesaj ötürməyə çalışır ki, bizdə dialoq başlayıb. Yəni hər bir halda görüntüdür. Ortada strategiya, siyasət yoxdur. Elan eləməyiblər ki, bu dialoq nədən ibarətdir. 2012-ci ildə Prezident Administrasiyasında vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüş olmuşdu. Vətəndaş cəmiyyətinin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün 87 və ya 89 təklif verildi. Vətəndaş cəmiyyəti hakimiyyətlə əməkdaşlığa, iş birliyinə hazır idi. Amma nə baş verdi? Əksinə, vətəndaş cəmiyyətinin üstünə getdilər. O təkliflərə baxdılar, bir sıra məsələləri daha da sərtləşdirdilər, məhv eləmək, həbs eləmək yolunu tutdular. Ona görə deyirəm ki, hələ vətəndaş cəmiyyətindən başlasınlar, görək, sonra müxalifətə keçsinlər.
– Bildirdiniz ki, parlamentin yenidən formalaşacağını düşünürsünüz və bunun gələn ilin yazında baş verə biləcəyini ehtimal edirsiniz. Bəs, erkən prezident seçkiləri? Qeyd etdiyiniz oyun qaydalarında dəyişiklik prosesi həm erkən parlament, həm də prezident seçkisinin keçirilməsinə gətirib çıxara bilərmi?
– Son illərdə müşahidələrimiz ona dəlalət edirdi ki, bu, baş verə bilər. Yenə deyirəm, yaranmış situasiya vətəndaş cəmiyyəti və müxalifətlə münasibətlərin yeni müstəviyə keçməsini tələb edir. Daha dərin və hərtərəfli dialoq lazımdır. Bunun üçün də parlament meydança kimi ən optimal yer ola bilər. Erkən seçki keçirilməlidir. Mən bunu belə görürəm, amma hakimiyyət bunu eləyəcək, ya yox – bu, başqa məsələ. Neftin qiyməti yenə 50-60 dollara qalxsa, bunlar heç nə eləməyəcəklər. Əgər qiymətlər indiki kimi ucuz olsa, dəyişikliklərə getməyə məcbur olacaqlar. Başqa çıxış yolları yoxdur.(pressklub.az)
Paylaş:
Müəllif : Fuad
Tarix:7-05-2020, 21:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:7-05-2020, 21:59
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08