Adil Vəliyev rayonu başlı-başına buraxıb... - GİLEY
Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyinin ətraf ərazilərində yaşayan sakinlər yağış, kanalizasiya sularının yaratdığı gölməçələrin əhatəsində qalıb.
Bu barədə “Yeni Müsavat”a məlumat verən sakinlərin sözlərinə görə, yağış yağandan sonra vəziyyətləri daha da acınacaqlıdır:
“Uşaqlarımız məktəbə, özümüz işə gedib-gələ bilmirik. Küçələr suyun içərisində idi. Yağış yağandan sonra həyətlərimizi də su basıb. Yerə mişar daşı qoyub, onun üzərində hərəkət edirik. Hava qızandan sonra isə ərazidə həşəratların əlindən tərpənmək olmur. Yay aylarında buradan üfunət qoxusu gəlir. Səbəb də odur ki, ərazidə kanalizasiya sistemi mövcud deyil. Məsələ ilə bağlı müvafiq qurumlara müraciət etsək də, nəticə yoxdur. Evlərimizin altı su olduğu üçün divarlarda problemlər yaranıb. Evin içərisi nəmişlikdir, bünövrəsi isə ovulub gedir. Xahiş edirik ki, bizə yardım edilsin”.
Yada salaq ki, ötən həftə ərazidə yaşayan sakinlər küçəyə çıxaraq, aksiya keçirmişdilər. Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilmişdi ki, sakinlərin problemləri dinlənilib, müvafiq tədbirlər görüləcək.
Mütəxəssislər isə bildirirlər ki, Ramana ərazisində yaranan vəziyyətin qarşısını qısa müddət ərzində almaq mümkün deyil. Bunun üçün ciddi işlər görülməlidir.
Ekspert Əzim Məsimov “Yeni Müsavat”a mövzu ilə bağlı aşağıdakıları bildirdi:
“Ərazidə mən də olmuşam və çox acınacaqlı vəziyyətin hökm sürdüyünü öz gözlərimlə görmüşəm. Əvvəllər həmin ərazilər əkin sahələri idi. İndi isə bu yerlərin hamısı su altında qalıb. Maştağa yolunun sağı da, solu da suyun içərisindədir. Orada sakinlərdən biri ilə söhbətim zamanı o mənə bildirdi ki, vaxtilə həyətimizdə quyu qazırdıq, 127-ci metrdə suya çıxdıq. Sakin bildirdi ki, hazırda su quyunun üç metrinə qədər qalxıb. Bütün bunun səbəbi ərazidə kanalizasiya sisteminin olmamasıdır. Mircəfər Bağırovun dövründə icazə verilməyib ki, həmin əraziyə su çəkilsin. Deyiblər ki, kanalizasiya sistemi çəkilməyən əraziyə su vermək olmaz. İndi də bütün Abşerona su xətti çəkiblər, ancaq kanalizasiya sistemi mövcud deyil. Eyni hal Ramanada da müşahidə olunur.
Bu, ən böyük fəlakətdir. Min hektarlıq sahə su altında qalıb. İndi də Abşeron kanalında rekonstruksiya işləri görülür, betonlar qoyulur. Oradan da su gətiriləcək. Belə olarsa, vəziyyət daha da gərginləşəcək. Məsələ olduqca aktualdır və çox faciəvi bir haldır. Ərazinin sahibi yerli orqanlardır. Bir zamanlar ərazilərin hamısı Bakı Şəhər İcra Hakimiyyətinə tabe idi. Sonradan hamısı müstəqil rayon oldu və haranı gəldi, satmağa başladılar. Kim necə istəyirsə, elə də ev tikib, su çəkdirir. Əraziyə su dolduğu üçün bu cür vəziyyət yaranıb. Hesab edirəm ki, yaxın zamanlarda bu problemin həlli mümkün deyil. Mənə verilən məlumata görə, Bakıda kanalizasiya sisteminin qurulması üçün 16 milyard avro pul lazımdır. Bunu da indi başlasalar, 20 ilə çəkib qurtararlar. Çünki kanalizasiya sistemini qurmaq asan məsələ deyil. Bakıya sutkada 1 milyon yarım kubmetrdən çox su gəlir. Onun isə 3-də biri təmizlənmə stansiyasına gedir. Qalanı Abşerona axır. Ona görə də Abşeronda ildən-ilə suyun səviyyəsi qalxır. Suyun səviyyəsi qalxdıqca da camaatın həyətini su basır. Bir qədər də yağış yağanda vəziyyət daha da acınacaqlı olur”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:5-03-2019, 11:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:5-03-2019, 11:42
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48