Yayda bağçalar açılmayacaq - işləyən valideynlər nə etsin?
Pandemiya ilə əlaqədar olaraq dövlət bağçaları yayda da açılmayacaq. Bu günlərdə Təhsil naziri Ceyhun Bayramov qeyd etdi ki, növbəti tədris ilinə qədər bağçaların da açılması da nəzərdə tutulmur. Nazir qeyd edib ki, dövlət bağçalarında çalışan müəllimlər və texniki işçiləri əməkhaqlarını alırlar:
“Prezidentin tapşırığına əsasən, Nazirlər Kabineti Tədbirlər Planı təsdiq edib, orada özəl sektora dəstək mexanizmi əksini tapıb. Vergi ödəyiciləri kimi qeydiyyatdan keçmiş özəl və fiziki şəxslərin, işçilərin əməkhaqlarının ödənilməsi üçün dəstək verilir. Bu, özəl bağçaları da əhatə edir”.
Beləliklə, özəl bağçaların da yay aylarında fəaliyyət göstərib-göstərməyəcəyi məlum deyil. Ümid qalır ancaq dayələrə. Məlum olduğu kimi, dayələr aylıq olara ən azı 350 manat tələb edir ki, buna da hər valideynin imkanı çatmır. Bu o deməkdir ki, yay aylarında xüsusən də fərdi əmək fəaliyyəti ilə məşğul olan valideynlər çətinliklə üzləşəcək. Bəs vəziyyətdən çıxış yolu nədir?
Mövzu ilə bağlı Qadın və Uşaq Akdemiyası İctimai Birliyinin sədri Sevinc Fədai “Yeni Müsavat”a danışıb. “Əslində düşünürdüm ki, koronavirusla bağlı dövlətin digər tədbirlər planı olduğu kimi, bağça və məktəblərin fəaliyyət göstərməyəcəyi - uşaqların evdə olacağı yumşaldılan karantin dövründə də işləyən valideynlərlə bağlı bir plan olacaq” deyə qeyd etdi: “Karantin rejimi nisbətən yumşaldıldı, iş yerləri açıldı, amma bu məsələ Operativ Qərargahın qərar və açıqlamalarında öz əksini tapmadı. Bu mənada tədbirlər planında bir sistemsizlik var. Bu, şəxsi məsələ və ya problem deyil ki, onun individual şəkildə həlli yolu olsun. Bu məsələdə ”hərə öz başının çarəsinə baxsın" deyə bir şey olmamalıdır".
Qurum sədri qeyd edib ki, bu, qlobal problemdir və verilən hər bir qərarın tətbiqini mümkün edən sosial şərtlər olmalıdır: “Əslində mən arzu edərdim ki, burda sualı təkcə işləyən anaların yox, valideynlərin üzərində quraq. Ata da valideyndir, elə karantin dövrü uşaqların ataları ilə vaxt keçirməsi və arada daha yaxşı bağ, ünsiyyət yaranması üçün çox yaxşı bir fürsət oldu. Eyni zamanda evdar, eləcə də işləyən qadınların məişət yükünü anlamaq üçün bir zaman kəsiyi...
Bu baxımdan dövlətin karantin dövründə evdə qalan uşaqların qayğısına qalmaqla bağlı planında hər iki valideyn nəzərə alınmalıdır. Belə ki, valideynlərdən birinə hazırkı rejimdə olduğu kimi, yenidən ödənişli məzuniyyət verilməlidir. Yəni onlardan hansı fiziki olaraq işinin başında olması daha vacibdirsə, o çalışsın. Təbii ki, bu araşdırılıb qərar verilə bilər. Bu, həm uşaqların qayğısına qalmaq, həm də onların onlayn təhsil almasına nəzarət üçün vacib şərtdir. Mümkün olduğu təqdirdə isə, şərtlər nəzərə alınaraq valideynlərin onlayn rejimdə işləməsi davam etdirilə bilər. Digər tərəfdən isə, onlara əməkhaqqısı dövlət və ya iş yeri tərəfindən qarşılanmaqla dayə xidməti təklif edilə bilər. Bu, bir növ repetitorların fəaliyyəti kimi tənzimləndiyi kimi tənzimlənə bilər. Dediyim kimi, bu, kütləvi bəladır və bu vəziyyətdən çıxmaq üçün mümkün olan bütün variantlardan istifadə olunmalıdır.
İşləyən qadınlara belə bir dövrdə hər hansı bir güzəşt edilməyəcəyini və “mütləq işdə olmalısan” kimi tələblər qoyulacağını düşünmək ağlasığmazdır. Elə ata və analar var ki, onlar tək valideyndir. Mütləq şəkildə işləməlidir və həm də himayəsində olan övladının qayğısına qalmalıdır. Məsələn, mənə bu mənada valideynlərim köməkdir, iş saatlarımda övladım onların yanında olur. Amma hər kəsin bu imkanı yoxdur və belə olduqda çıxılmaz vəziyyət yaranır".
Sevinc Fədai qeyd etdi ki, valideynlərin ailə, sosial durumu araşdırılaraq, onlar arasında seçim edilə və onların övladları üçün bağçaların fəaliyyəti bərpa oluna bilər: “Təbii ki, indiki dövrdə qruplarda daha az uşaq olmaqla və sosial izolyasiya qaydalarına əməl etməklə. Koronovirusla mübarizə və karantin rejimi insanların psixoloji və iqtidasidi durumuna yetərincə zərbə vurdu. Ona görə də bu gün dövlət bütün detallarına qədər düşünüb vətəndaşının yanında olmalıdır. İndiki məqamda təkcə onun fiziki sağlamlığının qeydinə qalmaq kifayət etmir, sosial dayanığlığı təmin etmək lazımdır. Karantin rejimin pozulmasına görə vətəndaşları cərimələnməsi məsələsindəki sistemlilik və operativliyi bu kimi həssas məqamda da nümayiş edilməsini gözləyirik”.
Təhsil eksperti Kamran Əsədov isə məsələyə bu cür mövqe bildirdi: “Uşaqların təlim-tərbiyəsi ilk növbədə ailədən başlayır, daha sonra isə bu işi bağçalar və məktəblər yerinə yetirir. Hal-hazırda ölkəmizdə 1656 dövlət (717 kənd, 939 şəhər), 96 qeyri-dövlət (95 şəhər, 1 kənd) məktəbəqədər təhsil müəssisəsi var. Danılmaz faktdır ki, bağçalar körpələrin təlim- tərbiyəsində mühüm rol oynayır. Hər yaş dönəminin özünün xüsusiyyətləri, psixoloji, sosial, emosional standartları var. Uşaqlar o xüsusiyyətlərə, standartlara cavab verə-verə böyüyür. Beləcə, dünya praktikasında uşaq inkişafının standartları meydana çıxır. İndi həmin o standartların tətbiqi üçün bir müəssisə lazımdır. Lakin kiçik yaşlıların bağçalara cəlb olunması baxımından Azərbaycandakı göstəricilər dünya aparıcı dövlətlərlə müqayisədə çox aşağıdır.
Məlum olduğu kimi, 3 martdan etibarən bütün tədris prosesi təkcə ali və orta məktəblərdə deyil, məktəbəqədər təhsil müəssisələrində də dayanıb. Amma bu vəziyyət daha çox özəl sektora mənfi təsir göstərir. Baxmayaraq ki, dövlət tərəfindən böyük dəstək verilir, burada özəl təhsil müəsisəslərindən, xüsusi ilə baxçalarda təhsil alanlar üçün müəyyən problemlər yaranıb. Atrıq 27 apreldən etibarən bir repititorların fəaliyyətinə, may ayının 4-dən etibarən bir çox sahələrin fəaliyyətinə icazə verilib. Hal-hazırda qüvvədə olan qərara əsasən, 31 maya qədər bu müəssisələrin fəaliyyəti məhdudlaşdırılıb".
Ekspert qeyd edib ki, yay aylarında dövlət bağçalarından fərqli olaraq özəl bağçalar fəaliyyətini sosial izolyasiya qaydalarına əməl etməklə davam edəcəklər: “Çünki Nazirlər Kabinetinin qərarında biznes subyektlərinin fəaliyyət göstərməsinə yaşıl işıq yandılırıb. Bu təkcə özıl sektorun dayanıqlılığının təmin edilməsi üçün yox, eyni zamanda işləyən valideyinlər üçün də zəruridir. Belə ki, Nazirlər Kabinetinin qərarı ilə fəaliyyəti bərpa edilən yerlərdə çalışan şəxslərin azyaşlı övladlarını qoymaları üçün müvafiq yerləri yoxdur. Ona görə də hesab edirəm ki, özəl bağçaların fəaliyyəti müvafiq tələbləri gözləməklə bərpa edilməlidir.
Özəl bağçalarda çalışan şəxlsərin də uzun müddət əməkhaqqını almadığını, uşaqların qapalı ev şəraitində qalmalarının onlara psixoloji gərginlik yaratdığını nəzərə alsaq, özəl bağçaların yay aylarında fəaliyyəti mümkündür.
Əvvəlki illərdə də istər dövlət, istərsə də özəl bağçalar bütün il ərzində, hətta yay boyu tam şəkildə fəaliyyət göstərib".
Paylaş:
Müəllif : Yazar
Tarix:9-05-2020, 09:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-05-2020, 09:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16