Valideyndən Dillər Universiteti ilə bağlı prezidentə şikayət
Azərbaycan Dillər Universitetində maraqlı hadisə yaşanıb. Belə ki, 2019-cu ildə məzun olan Tamella Məmmədli adlı tələbə qiymətləri yüksək olsa da, fərqlənmə diplomu ala bilməyib.
O, bunun üçün universitetə müraciət etdikdə, aşağı kursda B aldığı iki fəndən təkrar imtahan verməsi və imtahan üçün isə ümumilikdə 198 manat pul tələb edilib. Gənc pulu ödəsə də, “Qrammatika” fənnindən imtahanda iştirakına icazə verilməyib. Əsaslanmalar isə heç də qaneedici olmayıb.
Yenisabah.az xəbər verir ki, Tamella Məmmədlinin atası Şahin Məmmədov qurumlar tərəfindən məsələyə biganə yanaşıldığı üçün Prezident İlham Əliyevə müraciət edib. O müraciətində prezidentdən məsələnin ədalətli aaşdırılmasını xahiş edib.
Qeyd edək ki, valideynlərə izahat zamanı universitetdən bildirilib ki, aid qrup olmadığı üçün tələbənin adı imtahan verənlər siyahısında olmayıb. Bir neçə gün sonra isə daha maraqlı məqamla üzləşilib. Vəsait ödənildiyi halda belə hadisənin baş verməsini haqsızlıq hesab edən valideyn bu dəfə rektora müraciət edib.
Rektor müraciəti prorektora, prorektor isə araşdırılması üçün dekana yönəldib. Daha sonra valideyn universitetə çağırılıb. Prorektor bildirib ki, təkrar imtahan üçün müraciət ötən il olunmalı imiş (Belə olan halda başda ödənişin tələb olunması isə eyni qurum daxilində sistemsizliyin olduğunu göstərir). Eyni zamanda günahkarların cəzalandırılacağı da qeyd edilib. Bir neçə gün sonra fakültə dekanı Fikrət müəllim də valideynə müraciət edib və məsələnin araşdırıldığını diqqətə çatdırıb. Lakin heç bir nəticə olmayıb.
Bu səbəblə Şahin Məmmədov Təhsil naziri Ceyhun Bayramova müraciət edib. Müraciətdən 6 ay vaxt keçsə də, şəxs hələ də cavab ala bilməyib. Universitetdən cavab məktubunun poçt vasitəsilə göndəriləcəyi bildirilib, lakin yenə də valideyn heç bir məlumat almayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:9-05-2020, 14:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:9-05-2020, 14:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 12:32
Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Dünən, 10:36
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
17-11-2024, 11:35