Lamiyə ilə birgə tutulan şəxs məhkəməyə müraciət etdi

Şəmkir rayonunun keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovu öldürməkdə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən Vüqar Əliyev cəzasının azaldılması ilə bağlı məhkəməyə müraciət edib.
V. Əliyevin Cinayət Məcəlləsində olan dəyişikliklərlə bağlı müraciəti Qaradağ rayon Məhkəməsi tərəfindən rədd edilib.
Qərardan narazı qalan V. Əliyev apelyasiya şikayəti verib. İşə Bakı Apelyasiya Məhkəməsinin hakimi Elmar Rəhimov baxacaq.
Qeyd edək ki, Əliyev Vüqara 2003-cü ildə hökm oxunub. Onunla birgə bu cinayətdə ittiham olunan 15 yaşlı Lamiyə Quliyeva da 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. L.Quliyevanın cəzasının bitməsinə az qalmış cəzaçəkmə müəssisəsi daxilində qaydaları pozduğu üçün cəzası artırılmışdı, o, 2015-ci ildə azadlığa buraxılıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:9-05-2020, 14:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:9-05-2020, 14:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:52
Bu gün, 12:39
Dünən, 13:07

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB

Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:- Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -TƏFƏRRÜAT