“Onda bütün icra başçılarını həbs etmək lazımdır”
“Azərbaycanda korrupsiya və rüşvətə qarşı Heydər Əliyev də mübarizə aparırdı. Hələ Sovet dövründə onun bu siyasəti SSRİ-də böyük reaksiya doğurmuşdu. Sosializm dövründə hesab olunurdu ki, o sistemdə rüşvət və korrupsiya ola bilməz. Amma az da olsa var idi, gizli iqtisadiyatda var idi”.
Bunu Moderator.az-a müsahibəsində YAP-ın qurucularından - məşhur “91”lərdən biri, professor Əli Əlirzayev deyib. O, bildirib ki, indi də Azərbaycan Prezidenti bu istiqamətdə mübarizə aparır.
“Mən hələ Milli Məclisdə olanda təklif edirdim ki, gəlirlərin deklorasiyası qanununu qəbul edib tətbiq etmək lazımdır. Qoy kimin nə qədər gəliri və xərci varsa, onu hamı bilsin, şəffaf olsun. O zaman çoxları bunu başa düşmürdülər və etiraz edirdilər. İndi sual yaranır ki, bu məmurlarda bu qədər pul haradan ola bilər. Sistem elə olmalıdır ki, buna imkan olmasın”.
Ə. Əlirzayev düşünür ki, mübarizə yalnız hazırkı metodla aparılsa, lazım olan effekti verməyəcək: “Bu metodla olsa, onda Azərbaycandakı bütün icra başçılarını həbs etmək lazımdır. Onların hamısı demək olar ki, eyni prinsiplə işləyir. 16 il bir adam icra başçısı olub, onun cinayətləri indi açılır. Bu, olmalı idi o ilk işlədiyi illərdə, heç olmasa bir neçə il bundan əvvəl. Necə olur ki, bütün ictimaiyyət bunu bilir, illərlə danışır, ancaq indi üzə çıxır. İnsanları vəzifəyə qoyarkən onu ciddi və hərtərəfli araşdırmaq lazımdır. Dövlət əmlakını qoruyan adamları vəzifəyə qoymaq lazımdır.
Bu dövlətin apardığı siyasətdir, ancaq bunu daha əvvəl etmək lazım idi. Niyə onlara bu qədər səlahiyyət veirlirdi ki, hətta deputat seçkilərinə də müdaxilə edirdilər. Ona görə də bu mübarizə metodunun özü mübahisəlidir.
Ən pisi də odur ki, bizim məmurların etdiyi rüşvət və korrupsiya əməli çox eybəcər haldadır, ən primitiv formadadır. Sən bir bax gör kimin pulunu yeyirsən? 190 manata ehtiyacı olan bir adamın? Belə insanların puluna göz dikən adamlardan heç vaxt dövlətə, millətə xeyir gəlməz. İndi dövlət başçısı bu məsələdə qətiyyətli mövqe qoyub ortaya. Bunu alqışlamaq lazımdır. Amma adam xaricə gedəndə utanır. Soruşurlar ki, necə oldu sizdə elə bu icra başçıları hamısı belə oldu?
Kadrları yalnız xaricdə təhsil alıb deyə müəyyənləşdirmək düzgün deyil. Kadr siyasəti özü mürəkkəb bir işdir. Kadrları təyin edərkən bu insanları ciddi araşdırmaq və öyrənmək vacibdir. Açıq demək lazımdır ki, indi məmurların böyük əlsəriyyəti belədir. Bir adam ki, rüşvət verib vəzifəyə gəlir, o, rüşvət alacaq. Başqa yolu yoxdur. Ona görə də bunun kökünü kəsmək lazımdır. Mən univeritetdə dərs deyirəm. Mənim rektorum rüşvət alırsa, mən də almalıyam. Nazir alırsa, rektor da almalıdır. Bu belə mərhələli bir prosesdir.
Əsas odur ki, əvvəldən kadrların getdiyi yola diqqət edəsən. Pula nə qədər hərisdir, ya yox. O gün bir yoldaş mənə deyir, dəhşətə gəlirəm. İnsan da 6 min dollarlıq kostyum geyinərmi?! Mən heç ömrü boyu üst-üstə gəlsən bu qiymətə kostyum geyməmişəm”.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-05-2020, 11:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:10-05-2020, 11:37
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 12:32
Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Dünən, 10:36
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
17-11-2024, 11:35