Kriminal aləmdə şok olaylar - Quli erməni “qanuni oğru”ya zibil dedi
Rusiya kriminal aləmində şok hadisələr baş verməkdədir. Aprelin sonlarında Başqırdıstandakı islah-əmək düşərgəsinə gətirilən 36 yaşlı “qanuni oğru” Zviad Ozmanovun statusunun tanınmamasından sonra yaranmış qalmaqala Rusiya Federal Cəzaların İcrasına Nəzarət Xidməti də qoşulub.
Yeddi il əvvəl “oğru” statusu alan Ozmanov son altı ildə həbsdə yatsa da, onu cəzaçəkmə rəhbərliyinə “işləməkdə” və onların tapşırıqlarını yerinə yetirməkdə suçlayırlar. Bu işdə isə əsas “iddiaçı” erməni avtoritet Edik Asatryan və onu dəstəkləyən kriminallardır.
Bir gün əvvəl isə Ozmanovla bağlı iddiaları təsdiq edən sensasion hadisə baş verib.
Rusiya mediası verir ki, "oğru dünyası”nın lideri hesab olunan Zaxari Kalaşovun (Şakro Molodoy) cəza çəkdiyi Krasnodar diyarının Dvubratski kəndindəki həbsxanaya Rusiya Federal Cəzaların İcrasına Nəzarət Xidmətinin əməkdaşları gəlib. Həm də xüsusi olar Moskvadan. Mənbə deyib ki, Şakroya deyilib ki, Ozmanovun “oğru” səlahiyyətləri tanınmalıdır. Əks təqdirdə, Şakro başqa bir cəzaçəkmə müəssisəsinə köçürülməklə təhdid edilib.
Qeyd olunur ki, 10 il müddətinə azadlıqdan məhrum edilən Şakronun Krasnodar diyarındakı həbsxanada yaxşı şəraiti var. Belə ki, “qanuni oğru” həbsxanadan daha çox olimpiya kəndini xatırladan şəraitlə təmin edilib. Yeməkləri restorandan gəlir, dincəlmək və idman etmək üçün hər cür şəraiti var. Bu söhbətdə hansı qərar verildiyi bilinmir, amma bu görüşdən dərhal sonra Kamo Səfəryan Ziviadı dəstəkləməklə bağlı çağırış edib. Kamo Səfəryan isə Şakronun yaxın adamı kimi tanınır. Məlumata görə, milliyyətcə erməni olan Kamo Səfəryan Tiflisdə doğulub. O, Ded Xasanın klanına daxil olub və Krımda uzun müddət “nəzarətçi” (“smotryaşi”) kimi tanınıb. K.Səfəryan öz “kriminal karyerasına” SSRİ-də cibgir kimi başlayıb. Elə o zaman ilk məhkumluq həyatını yaşayan K.Səfəryan 1998-ci ildə sui-qəsdə məruz qalıb. Amma killer səhvən onu yox, qardaşını öldürüb. Bundan sonra Səfəryan Krıma köçüb və ərazi üzrə “nəzarətçi” olub. 2008-ci ildə Ukraynadan deportasiya edilən Səfəryan Aslan Usoyanın klanına qoşulub. İndi də bu klanın lideri hesab olunan Aslan Usoyan kimi yezidi kürd olan Şakronun yanındadadır.
Maraqlıdır ki, Asatryana dəstək verərək Ozmanova qarşı çıxanlar haqda da kriminal aləmdə müxtəlif rəylər var. Onlardan bəzilərini ya “fuflo”, ya “fsbşnik” hesab edirlər. Şakro da Ediki “qanuni oğru” hesab etmir. Şakro vaxtilə Ermənistanda bəzi “oğru”ların iştirakı ilə toplantı keçirən Astaryanı qəbul edilmiş qərarlara hörmət etməməkdə də suçlayır. Həmin “sxodka”da belə bir qarar verilib ki, heç bir halda “qanuni oğru” həbsxanada olarkən ona zəng edib hansısa konfliktə mövqe bildirməsi və ya ona olan iddiaları cavablandırması tələb edilə bilməz. Bunlar yalnız “oğru” azadlığa çıxandan sonra soruşula bilər. Asatryan isə bunlara məhəl qoymayıb.
Çeçen "qanuni oğru", hazırda axtarışda olan Əziz Batukayev (Əziz) Ozmanovun hüquq-mühafizə orqanlarla əlaqəsi olduğuna inanır. Amma Əzizə də bu işə müdaxilə etməməyi tövsiyə ediblər. Əziz isə geri çəkilməyib, bir neçə “qanuni oğru”nun, o cümlədən Ozmanovun da iştirak etdiyi videokonfrans keçirib. Tərəflər burada qarşılıqlı ittihamlar yağdırıb. Əziz isə dustaqlara Zviadı bıçaqlamağa çağırıb. Bundan sonra Ozmanovun saxlanıldığı həbsxanada onun təhlükəsizliyi gücləndirilib.
Hazırda İtaliyada olan kriminal aləmin “generallarından” sayılan Merab Suxumski də baş verən münaqişədən kənarda qalmayıb. O, bu münaqişəni alovlandıran Edik Asatryana dəstək verib.
Azərbaycanlı nüfuzlu kriminal liderlərdən olan Nadir Səlifovun da münaqişəyə hansı mövqe bildirəcəyi maraq doğururdu. Bildirilir ki, Quli həm Ozmanov, həm ona qarşı təşkilatlanmış Edik Asatrayan haqda qısa mövqe bildirib: “Onların hər ikisi zibildir, onların davalarında bir damcı da oğru söhbəti yoxdur".(Yeni Sabah)
Paylaş:
Müəllif : Fuad
Tarix:10-05-2020, 18:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:10-05-2020, 18:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16