Azərbaycanda hərbi təhsil “İSLAHATI”: - Magistratura sistemi və iki hərbi məktəb ləğv edildi?
Müdafiə Nazirliyinin nəzdində olan ali hərbi məktəblərdə köklü dətişikliklər həyata keçirilib.
Məlumata görə, Müdafiə Nazirliyi rəhbərliyinin qərarına əsasən, Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsil müddəti 1 ilə endirilib, hərbçilər üçün magistratura sistemi ləğv edilib, Hərbi Akademiyaya bu il daxil olan zabitlərə isə diplom əvəzinə, sertfikat veriləcək.
Nazirlikdə həyata keçirilən bu “təhsil islahatı”nı Yenicag.az-a dəyərləndirən ehtiyatda olan polkovnik Qəhrəman Mənsimzadə bildirib ki, buna qədər Hərbi Akademiyaya qəbul olan zabitlər idarəçiliklə bərabər, magistr təhsili də alırdılar:
“Ali Hərbi Məktəb bakalavr, Hərbi Akdemiya isə magistr təhsili verir. Hərbçilərin inkişaf etməsi üçün magistr təhsili mütləq olmalıdır. Atılan bu addım Azərbaycanda hərbi təhsilin məhvi deməkdir.
Bu barədə müdafiə nazirinin əmri var. Bu əmr Azərbaycan ordusunun elmi potensialına qarşı həyata keçirilən soyqırımıdır. Bilərəkdən belə bir addım atılır ki, zabitlərimiz savadsız olsunlar. Açıq deyirəm ki, bu addım ordunun məhvinə hesablanıb. Ölkə rəhbərliyinə üz tutaraq, bu məsələyə təcili müdaxilə olunmasını xahiş edirəm”.
Məlumata görə, Müdafiə Nazirliyinin “təhsil islahatı” nəticəsində Azərbaycan Ali Hərbi Təyyarəçilik və Azərbaycan Ali Hərbi Dənizçilik məktəbləri də ləğv edilərək, Ali Hərbi Məktəbin tərkibində fakültəyə çevriliblər.
Qeyd edək ki, rəsmi olaraq məsələyə münasibət bildirən Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı xəbəri təkzib edib.
Paylaş:
Müəllif : Yazar
Tarix:12-05-2020, 14:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-05-2020, 14:01
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 12:32
Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Dünən, 10:36
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
17-11-2024, 11:35