“Koronavirusla Mübarizəyə Dəstək Fondundan hələ ki, 1 manat da xərclənməyib” - İlham Əliyev
“Bu yaxınlarda modul tipli birinci xəstəxananın açılışı oldu. Belə xəstəxanaların sayı 10-a çatacaq. Onların 4-ü özəl sektor tərəfindən inşa ediləcək. Bu, bir daha göstərir ki, özəl sektor bizim çağırışımıza cavab verərək öz sosial məsuliyyətini nümayiş etdirir”.
Bunu Prezident İlham Əliyev mayın 12-də Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında deyib.
Dövlət başçısı onun təşəbbüsü ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondunda artıq 100 milyon manatdan çox vəsait yığıldığını bildirib: “Hələ ki, 1 manat da xərclənməyib. Biz Fondun fəaliyyəti və nəzarət mexanizmi üçün ictimai nəzarət formatı da yaratdıq. Bu, bir daha göstərir ki, vətəndaşlar, sahibkarlar həmrəylik, birlik nümayiş etdirirlər. Ona görə qabaqlayıcı tədbirlərin görülməsi birinci mərhələdə imkan verdi ki, biz bu vəziyyətdən az itkilərlə çıxaq”.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-05-2020, 20:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:12-05-2020, 20:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:40
Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
14-01-2025, 22:34
Bayden Trampı “erməni təxribatı” ilə vurur: Ermənistan isə Rusiyaya sanksiya tətbiq edəcək
14-01-2025, 11:12
Suraxanı Hərbi Komissarlığı sağlam olmayan uşaqdan niyə əl çəkmir? - Valideyni Prezidentə və Xidmət rəisinə üz tutdu
14-01-2025, 08:48