reklam
Regionxeberlericom.az » Cəmiyyət » Əməkdar artist ailəliklə koronavirusa yoluxubmuş - Video

reklam

Əməkdar artist ailəliklə koronavirusa yoluxubmuş - Video


Gənc tamaşaçılar teatrının aktrisası, əməkdar artist Şəfəq Əliyeva ailə üzvləri ilə birlikdə koronavirus infeksiyasına yoluxub.

Artıq sağalaraq xəstəxanadan evə buraxılan aktrisa xəstəlik müddətini və müalicə prosesində yaşadıqlarını XəzərXəbər-lə bölüşüb.

Şəfəq Əliyeva deyir ki, yaxın günlərdə itirdiyi həyat yoldaşı Xalq artisti Rafiq Əliyevin dəfnindən qayıtdıqdan sonra bütün ailə üzvlərinin halı pisləşib, onların hamısının hərarəti qalxıb. Qızı ilə onun vəziyyəti daha ağır olub.

Onlar 18 gün xəstəxanada müalicə alandan sonra karantin şərtlərinə əməl etmək şərtilə evə buraxılıblar. Şəfəq Əliyeva sağlamlığını tibb işçilərinə borclu olduğunu deyir.

Əməkdar artist kornovirus infeksiyasının daha da yayılmaması üçün insanlardan evdə qalmağını, dezinfeksiya qaydalarına əməl etməyi xahiş edir.



Paylaş:


Müəllif : Tarix:
12-05-2020, 22:40
Sikayət   


loading...
Загрузка...