Məşhur aparıcıdan zorakılıqla mübarizəyə 2 milyonluq ianə

“Oryol i reşka” verilişinin aparıcısı kimi məşhurlaşan Regina Todorenko Rusiyanın “Nasiliyu.net” (“Zorakılığa yox”) qeyri-kommersiya təşkilatına ianə edib. Bu barədə o, İnstaqram hesabında məlumat verib.
Todorenko, həmçinin imkanı olan şəxsləri Fonda ianə etməyə çağırıb.
Təşkilatın nümayəndələri isə Feysbukda bildiriblər ki, televiziya aparıcısı Fondun tarixində ən böyük ianəni edib - 2 milyon rubl.
Xatırladaq ki, R. Todorenkonun bu yaxınlarda məişət zorakılığı ilə bağlı işlətdiyi ifadələr birmənalı qarşılanmamışdı. O bildirmişdi ki, qadınlar ərlərinin zorakılığının səbəbi barədə düşünməlidirlər. “Bəs səni döyməməsi üçün nə etmisən?” sözlərini işlədən Todorenko buna görə cəmiyyət tərəfindən sərt tənqidlərə məruz qalmışdı. Bundan sonra “Procter & Gamble” şirkətinə məxsus olan “Pampers” markası Regina Todorenko ilə əməkdaşlığına son qoymuşdu. Eyni zamanda “Glamour” jurnalının redaksiyası da Todorenkonu “İlin qadını” titulundan məhrum etmişdi.
Qeyd edək ki, “Nasiliyu.net” məişət zorakılığı, qadın və uşaqlara qarşı zorakılıq problemləri ilə, həmçinin gender bərabərliyi məsələləri ilə məşğul olan qeyri-kommersiya təşkilatıdır.

Paylaş:
Müəllif : Fuad
Tarix:13-05-2020, 08:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:13-05-2020, 08:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:52
Bu gün, 12:39
Dünən, 13:07

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB

Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:- Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -TƏFƏRRÜAT