Rayona gələn yardımlar kasıblara çatmır - Cəlilabadda NARAZILIQ
“Cəlilabad rayonunda yardım almaq üçün kasıb yox, ya YAP üzvü olmalısan, ya arxan hansısa məmura bağlı olmalıdır, ya da hakimiyyətə, məmura qarşı hədsiz yaltaq olmalısan. Karantin başlanandan yardımlar belələrinə paylanılır, kasıb, məzlum kənarda qalır”. DİA.AZ-ın məlumatına görə, Cəlilabad sakinləri iddia edirlər ki, Heydər Əliyev Fondu tərəfindən rayona və kəndlərə göndərilən ərzaq yardımları vəzifəli şəxslərin yaxınlarına paylanılır. Rayon sakini Saməddin Məmmədov bildirir ki, onun qızı 3 uşağı təkbaşına və çətinliklər içərisində saxlayır. Ancaq bu ailəyə yardım bağlamalarından pay düşməyib.
“Ehtiyaclı ailələr adına göndərilən yardımlar imkanı olan şəxslər arasında bölüşdürülür. Buna görə Şiləvəngə kənd icra nümayəndəsi də işdən çıxarıldı, cinayət məsuliyyətinə cəlb olundu, hətta 1-2 gün polisdə də saxlanıldı. Ancaq nə faydası? Digər icra nümayəndələri yenə öz işindədir. Sadəcə, 1-2 nəfəri tutmaqla xalqın gözünə kül üfürürlər. Yaxın kəndlərdə tanıdığım ailələr var, acından ölür, ancaq qapıları yardım qutusu paylayanlar tərəfindən bircə dəfə də döyülməyib. Şəxsən mənim kürəkənim həbsdədir, qızım 3 azyaşlı övladını tək saxlayır, uşaqlardan biri serebral iflicdən əziyyət çəkir, qızım işləmir və o ərzağa da, o 190 manata da çox ehtiyacı vardı, heç birini vermədilər. Sadəcə əhalidə o qədər polis xofu yaradıblar ki, adamlar səslərini çıxarıb deyə bilmirlər ki, bu qutu niyə kasıbın yox, imkanlının qapısına getdi…”, – Saməddin Məmmədov deyir.
Rayonun Kazımabad kənd sakini Anar Ağayev deyir ki, bu kənddə də eyni durumdur: “Heydər Əliyev Fondu tərəfindən göndərilən yardım bağlamaları gecələr vəzifəli şəxslərin qohum-əqrəbalarının evinə ötürülür. Kəndə yolunuz düşsə, burda hamının ürəyi doludur, baş verənləri sakinlər sizə yerli-yerində danışar. İşləməyən, heç bir gəliri olmayan aztəminatlı ailələr kənarda qalıb, altında 40-50 min manatlıq maşını olanlar evlərinə ərzaq bağlamaları daşıyır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-05-2020, 10:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-05-2020, 10:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:32
Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Bu gün, 10:36
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 11:35