reklam
Regionxeberlericom.az » Cəmiyyət » Azərbaycanda banklardan şikayət etmək üçün – QAYNAR XƏTT İŞƏ DÜŞDÜ

reklam

Azərbaycanda banklardan şikayət etmək üçün – QAYNAR XƏTT İŞƏ DÜŞDÜ


Azərbaycan Mərkəzi Bankı (AMB) vətəndaşların banklardan şikayətlərini cavablandırmaq üçün yeni qaynar xəttini işə salıb.

Bankdan verilən məlumatda deyilir ki, koronavirusa (COVİD-19) qarşı mübarizə məqsədilə Mərkəzi Bankın inzibati binalarında vətəndaşların qrup və fərdi surətdə qəbullarının müvəqqəti təxirə salınması ilə əlaqədar Mərkəzi Bankda fəaliyyət göstərən qaynar xəttin iş rejimi gücləndirilib, operatorların sayı artırılıb, iş günlərində qaynar xəttin fasiləsiz iş qrafiki təmin edilib.

İndi isə banklarla bağlı hüquqi və fiziki şəxslərin şikayət və sorğularının cavablandırılması imkanlarının genişləndirilməsi və operativliyinin artırılması məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Bankının “966” qaynar xətti istifadəyə verilib.
Həmçinin Mərkəzi Bank ölkədə fəaliyyət göstərən banklara tapşırıb ki, inzibati binalarında (filial, şöbə) “966” qaynar xətti barədə məlumat lövhəsi yerləşdirilsin. Buna əsasən hüquqi və fiziki şəxslər banklar tərəfindən qanunvericiliyin tələblərinin pozulduğu hallarla, həmçinin Mərkəzi Bankın səlahiyyətlərinə aid məsələlər barədə məlumat və sorğu xarakterli müraciətlərlə bağlı Mərkəzi Bankın “966” qaynar xəttinə zəng edə bilərlər.

Mərkəzi Bankın “966” qaynar xətti iş günləri hesab edilən bazar ertəsi - cümə günləri saat 09:00-dan 18:00-dək zəngləri qəbul edir. Eyni zamanda müraciətlərin qəbulu və onların icra vəziyyəti ilə bağlı vətəndaşların məlumatlandırılması +99412 493-50-58 və +99412 493-11-22 telefon nömrəsi vasitəsi ilə həyata keçirilir.


Paylaş:


Müəllif : Tarix:
13-05-2020, 10:15
Sikayət   


loading...
Загрузка...