Keçmiş nazirin bankında 88 faizlik problemli kredit
Mərkəzi Bankın sədri Elman Rüstəmov “Əmrahbank”, AtaBank”, “NBCBank” və “AGBank”ın lisenziyalarının ləğvindən danışıb.
regionxeberlericom.az Yenisabah.az-a istinadən xəbər verir ki, Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında həmin bankların sektorda əhəmiyyətli paya malik olmadıqlarını bildirib: “Bu pay cəmi sektorun aktivlərinin 2,5 faizini təşkil edirdi. Həmin bankların maliyyə vəziyyətində ciddi problemlər var idi”.
Mərkəzi Bankın sədri əlavə edib ki, lisenziyası ləğv edilən dörd bankın maliyyə portfeli də keyfiyyəti qeyri-qənaətbəxş olub:
“Bankların balansında olan ipoteka kreditlərini istisna etsək, bu bankların problemli kreditlərinin həcmi 73 faizdir. “Atabank” ASC-də isə bu faiz 88-ə çatırdı. Banklarda əhalinin 690 milyon manata yaxın əmanətləri var idi. Bunlar üçün belə bir şəraitdə portfelin 3/4-ü işlək deyilsə, təbii ki, ciddi təhdidlər yaranır.
Açıq demək lazımdır ki, banklar bu əmanətləri geri qaytarmaq iqtidarında deyildi. Prezident İlham Əliyev tərəfindən imzalanan əmanətlərin tam sığortalanması haqqında qanunun mövcudluğu imkan verir ki, bağlanan banklarda əhalinin qorunan əmanətləri geri qaytarılsın”.
Məlumat üçün deyək ki, “Əmrahbank” Xətai rayon prokuroru Yusif İldırımzadənin qardaşı Yunis İldırımzadəyə, “AtaBank” keçmiş Vergilər naziri Fazil Məmmədova, “NBCBank” “Nurgün Holdinq”in sahibi Nuru Əliyevə, “AGBank” isə keçmiş deputat Çingiz Əsədullayevə məxsusdur.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-05-2020, 17:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-05-2020, 17:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:40
Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
14-01-2025, 22:34
Bayden Trampı “erməni təxribatı” ilə vurur: Ermənistan isə Rusiyaya sanksiya tətbiq edəcək
14-01-2025, 11:12
Suraxanı Hərbi Komissarlığı sağlam olmayan uşaqdan niyə əl çəkmir? - Valideyni Prezidentə və Xidmət rəisinə üz tutdu
14-01-2025, 08:48