Sabahdan vəkillər istintaq təcridxanalarına arayışsız buraxılacaq
Azərbaycanda vəkillərin əvvəlki qaydada əlavə tibbi arayış tələb olunmadan istintaq təcridxanarına buraxılması bərpa edilib.
"Report" xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.
"Son günlər vəkillərin istintaq təcridxanalarına buraxılması ilə bağlı COVID-19 testi barədə tibbi arayışın tələb olunması problemi apardığımız müzakirə nəticəsində öz müsbət həllini tapdı. Ədliyyə Nazirliyinin rəhbərliyinin göstərişinə əsasən sabahdan etibarən (14 may - red.) vəkillər əvvəlki qaydada əlavə tibbi arayış tələb olunmadan ölkənin bütün istintaq təcridxanarına buraxılacaqlar. Bununla belə, tibbi maska və qoruyucu əlcəklərin taxılması, dezinfeksiya vasitələrdən istifadə mütləqdir", - deyə o bildirib.
Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov A.Bağırov həmçinin deyib ki, Bakı Kommersiya Məhkəməsinin binasına vəkillərin girişi zamanı mobil telefonlar və planşetlər bundan sonra alınmayacaq: "Başqa bir xoş xəbər, bu gün Bakı Kommersiya Məhkəməsinin yeni təyin olunan sədri İlham Əhmədovdan aldığım məlumata görə, keçmiş 2 saylı Yerli İnzibati-İqtisadi Məhkəmənin binasına vəkillərin girişi zamanı mobil telefonlar və planşetlər alınmayacaq. İlham müəllim bununla bağlı lazımi tapşırıqlar verib, vəkil korpusu adından sədr İlham Əhmədova təşəkkür edirəm!"
Paylaş:
Müəllif : Fuad
Tarix:13-05-2020, 23:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:13-05-2020, 23:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:40
Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
14-01-2025, 22:34
Bayden Trampı “erməni təxribatı” ilə vurur: Ermənistan isə Rusiyaya sanksiya tətbiq edəcək
14-01-2025, 11:12
Suraxanı Hərbi Komissarlığı sağlam olmayan uşaqdan niyə əl çəkmir? - Valideyni Prezidentə və Xidmət rəisinə üz tutdu
14-01-2025, 08:48