reklam
Regionxeberlericom.az » Cəmiyyət » Baş Prokurorluq Əfqan Sadıqovla bağlı məlumat yaydı

reklam

Baş Prokurorluq Əfqan Sadıqovla bağlı məlumat yaydı


Baş Prokurorluq “Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqovun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmasına münasibət bildirib.

Bu barədə qurumun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov açıqlama verib.

O bildirib ki, Əfqan Sadıqovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb: “İş üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Əfqan Sadıqov Cinayət Məcəlləsinin konkret maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Təfərrüatları barədə tərəfimizdən ictimaiyyətə əlavə məlumat veriləcək”.


Paylaş:


Müəllif : Tarix:
14-05-2020, 13:33
Sikayət   


loading...
Загрузка...